Pakistanın Bəlucistan əyalətində otelin qarşısında insanlara əl qumbarası ilə hücum edilib.
Qanunla.Az xəbər verir ki, hücum nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
Səlahiyyətlilər yaralıların müalicə altına alındığını bildiriblər.
Qeyd edək ki, əl qumbaralı aksiya xalqın ölkənin müstəqilliyinin ildönümünü qeyd etdiyi günlərdə Kvettada həyata keçirilən üçüncü hücum olub.