Azərbaycan Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində audit keçirir.
Qanunla.az xəbər verir ki, bu barədə Report-a palatadan bildirilib.
“Hazırda audit prosesi davam edir. Nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi qanuna uyğun olaraq tənzimlənir”, – cavabda qeyd olunur.
Xatırladaq ki, aprelin 3-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Aqrar Xidmətlər Agentliyində əməliyyat keçirib. Əməliyyat zamanı bir neçə vəzifəli şəxs saxlanılıb.