image-qanunla-reklam
image-qenire-aspa

Paşayeva Asiya PA-nın iclasına qatıldı

image-lady-day-az

Asiya Parlament Assambleyasının İqtisadiyyat və davamlı inkişaf daimi komitəsinin videokonfrans formatında iclası keçirilib.

Qanunla.Az xəbər verir ki, tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva iştirak edib. İclasda qurumun fəaliyyəti ilə bağlı Asiya Parlament Assambleyası İqtisadiyyat və davamlı inkişaf daimi komitəsi sədrinin və Baş katibinin çıxışları dinlənilib.

Sonra iclasda Asiya enerji bazarının yaradılması, iqtisadi yüksəlişin təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, davamlı inkişaf sahəsində məqsədlərə çatmaq üçün APA-ya üzv parlamentlərin rolu, Asiya cəmiyyətinin maliyyə təşəbbüsü və digər mövzularda bir sıra qətnamə layihələri müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

“Asiyada hamı üçün su və sanitariya” adlı qətnamə layihəsinin müzakirəsində Türkiyə tərəfi məsələyə gələn iclasda baxılmasını təklif edib. Azərbaycan nümayəndə heyətinin rəhbərinin də dəstəklədiyi bu təklif qəbul olunub.

Daha sonra tədbirdə yaşıl maliyyələşmə, Asiya enerji bazarının inteqrasiyası, su böhranı üzrə işçi qruplarının hesabatları dinlənilib.

İclasda müzakirə olunan məsələlərlə bağlı parlamentarilər çıxış edərək öz rəylərini səsləndiriblər, təkliflərini irəli sürüblər, qurumun fəaliyyətinin effektivliyinin artırılması, region ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri və digər aktual məsələlərlə bağlı fikirlərini bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki