image-qanunla-reklam
image-cahid-qenire

Paşayeva Türkiyə səfiri ilə görüşdü

image-lady-day-az

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupununü zvü Qənirə Paşayeva Türkiyənin Azərbaycanda yeni fəaliyyətə başlayan fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı ilə görüşüb.

Qanunla.Az xəbər verir ki, komitə sədri səfiri fəaliyyətə başlaması münasibəti ilə təbrik edib.

“Dahi rəhbərlər – Mustafa Kamal Atatürkün və Heydər Əliyevin “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, “Biz birmillət, iki dövlətik” kəlamlarının ruhuna, fəlsəfəsinə uyğun olaraq, Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlər mövcuddur.

Dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev cənablarının imzaladığı “Şuşa Bəyannaməsi” bu dostluq və qardaşlığı yeni səviyyəyə qaldırıb”, – deyə deputat vurğulayıb.

Qənirə Paşayeva diqqətə çatdırıb ki, qardaş ölkələrimizin parlamentləri səviyyəsində də işbirliyi öz yüksəksəviyyəsi ilə seçilir:

“Parlament sədrlərinin dəstəyi ilə qarşılıqlı maraq doğuran məsələlər mütəmadi olaraq müzakirə edilir, o cümlədən mədəni əlaqələrin daha güclü davamı və inkişafı ilə bağlı ardıcıl işlər görülür. Srarteji müttəfiqliyimizi təsbit edən Bəyannamənin də məhz Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhərində imzalanması özünəməxsus rəmzi məna daşıyır”.

Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəm tarixi köklərə malik olduğunu vurğulayan səfir Cahid Bağçı, səmimi görüşə görə komitə sədrinə təşəkkür edib. Səfir Azərbaycanda tarixi bir dövrdə diplomatik fəaliyyətə başlamasından böyük şərəf duyduğunu diqqətə çatdırıb.

Görüşün sonunda Qənirə Paşayeva Cahid Bağçıya dekorativ sənət nümunəsi olan“Xarı bülbül” xatirə hədiyyəsi təqdim edib, ona səfirlik fəaliyyətində uğurlar arzulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki