image-qanunla-reklam
image-qenire-kulinar-medal

Paşayevaya kulinarların yubiley medalı təqdim edildi

image-lady-day-az

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Kulinariya Mərkəzinin rəhbərliyi ilə görüşüb.

Qanunla.Az  xəbər verir ki, Mərkəzin direktoru, “Şöhrət” ordenli əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov Q.Pasayevanın Mərkəzin 30 illik yubiley medalı ilə təltif olunduğunu bildirib, medalı və medalın vəsiqəsini ona təqdim edib.

Mədəniyyət Komitəsində baş tutan görüşdə Q.Paşayeva milli kulinarlarımızı Zəfər Bayramı və Bayraq Günü münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

“Müharibə dövründə sizin onlarla əməkdaşınız ön cəbhədə, arxa cəbhədə xidmət etdi, hərbçilərimizin yanında oldu. Kulinarlar sırasından şəhidlər, qazilər oldu. Biz səhid kulinarlarımızın ailə üzvləri, yaralı və dövlət başçısı tərəfindən təltif edilmiş qazi kulinarlarımızla sizin təşkilatçılığınızla görüşmüşük. Bayramlar ərəfəsində sizinlə təkrar görüşmək xoşdu. Çox sağ olun ki, məni yubiley medalınıza layiq görmüsüz. İnanıram ki, əməkdaşlığımız bundan sonra da davam və inkişaf edəcək. Bir daha bayramlarınız və 30 illik yubileyiniz mübarək olsun!”

Komitə sədri Kulinariya Mərkəzinin rəhbərliyinə – Tahir Əmıraslanov, Ceyran Əsgərova və Nigar Mövludova Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki