image-qanunla-reklam
image-img_20211007_085620

Paşinyan “3+3” formatına münasibət bildirdi

image-lady-day-az

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün ölkə parlamentində çıxışı zamanı “3+3” formatına münasibət bildirib.

Qanunla.Az xəbər verir ki, Paşinyan formatla bağlı bəzi məsələlərin aydınlaşdırılmağa ehtiyac olduğunu qeyd edib.

O bildirib ki, Ermənistan konkret hansı formatdan söhbət getdiyini, formatların hansı məqsədlə, hansı şəraitdə və hansı prinsiplərə əsasən işləyəcəyini başa düşməlidir.

Paşinyan aydınlaşmalı olan digər məsələlərin olduğunu da vurğulayıb.

Qeyd edək ki, “3+3” formatı Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyənin iştirakı ilə regional qarşılıqlı fəaliyyət mexanizminin yaradılmasını nəzərdə tutur. Təklif ilk dəfə Türkiyə Prezidenti R.T.Ərdoğan tərəfindən səsləndirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki