image-970_50
image-260407889_394864965715657_2758248907237104344_n

Paşinyan: “İlham Əliyevlə Soçi və Brüsseldəki görüşlər bir-birilə ziddiyyət təşkil etmir”

image-suni_mayalanma_qiymeti

 

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiyanın vasitəçiliyilə noyabrın 26-da Soçidə və Avropa İttifaqının vasitəçiliyilə dekabrın 15-də Brüsseldə keçiriləcək görüşlər bir-birilə ziddiyyət təşkil etmir.

Bu fikri o, onlayn mətbuat konfransı zamanı səsləndirib.

“Brüssel və Soçi görüşlərini bir-birinə qarşı qoymaq cəhdləri var. Burada heç bir ziddiyyət yoxdur. Çünki bizim tərəfdaşlarımızın faydalı ola biləcək vasitəçiliyindən imtina etməyə haqqımız yoxdur. Biz vəziyyəti sabitləşdirmək üçün onların kömək etmək istəyindən, bilik və təcrübəsindən istifadə etməliyik”, – deyə Paşinyan bildirib.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki