image-qanunla-reklam
image-pashinyan

Paşinyan Mişelə “işarə” etdi: İrəvan təxribatları artıracaq

image-lady-day-az

Ermənistan sərhəddə hücumları genişləndirəcək. Paşinyanın Şarl Mişellə görüşdə iddia etdikləri bu qənaəti gücləndirir.

Nikol dedi ki, onda olan qeyri-rəsmi məlumatlara görə Azərbaycan Qarabağda və dövlət sərhədində hücumlar etmək niyyətindədir, Naxçıvanla sərhəddə bunu görürük.

Bu, təxribat hücumlarını genişləndirməyə hazırlaşan Ermənistanın öncə “hücum edən tərəf Azərbaycandır” rəyini yaratmaq gedişidir.

Və təsadüfi deyil ki, İrəvanda Avropa İttifaqı Şurasının prezidentini “Azərbaycan hücum edəcək” iddiası ilə məlumatlandıran Ermənistan Mişelin Bakıya ayaq basdığı xəbərinin yayımlanmasından (20:29) təxminən bir saat sonra (21:42) “Azərbaycan Yersax (Naxçıvan sərhədi) istiqamətində davamlı atəş açır” məlumatını tirajladı.

Eyni ssenari davam edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki