Ermənistan hökuməti nəyin bahasına olursa-olsun, Qafanda Rusiya konsulluğunun açılmasının qarşısını almağa çalışır.
Qanunla.Az xəbər verir ki, bu məlumatı “Hraparak” erməni nəşri yayıb.
İddia edilib ki, Qafan rəhbərliyi konsulluq üçün yer ayırsa da, Mülki Müqavilə Partiyasının yerli rəhbəri prosesin qarşısını almağa çalışır.
İddiaya görə, Qafanın Mülki Müqavilədən olan deputatı Marina Qazaryan hətta konsulluğun açılmaması üçün əhalidən imza toplamaq və XİN-ə göndərmək təşəbbüsü ilə çıxış edib.
Qeyd edək ki, 2023-cü ildə noyabrın 2-də Rusiya hökuməti Qafanda baş konsulluğun açılması haqqında razılaşmanı təsdiqləyib.