image-qanunla-reklam
image-pashinyan-teyyare-yeni

Paşinyan Soçiyə uçana qədər Bakı İrəvana “bonus” verdi

image-lady-day-az

Bu gün bölgə dövlətlərinin əsas diqqəti Soçiyə yönəlib. Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək.

Qanunla.Az xəbər verir ki, bu görüşdə sərhəd delimitasiya və demarkasiyası ilə bağlı üçtərəfli işçi qrupunun qurulacağı barədə artıq Nikol Paşinyan onlayn formatda 24 noyabrda keçirdiyi mətbuat konfransında açıqlama yayıb. Ancaq proseslər göstərir ki, görüş yalnız bu işçi qrupunun formalaşması ilə yekunlaşmayacaq.

Əsas məsələlərdən birinin kommunikasiyaların açılması, xüsusilə Zəngəzur dəhlizi məsələsinin olacağı şübhəsizdir.

Az öncə bunun reallaşacağı ilə bağlı erməni mediası xəbər də yaydı. “Hraparak” qəzeti Nikol Paşinyanın Zəngəzur meri ilə görüşündə Qarabağın Azərbaycanın olduğunu dediyini, eyni zamanda Zəngəzur dəhlizinin verilməsindən başqa yol olmadığını etiraf etdiyini yazıb. “Hraparak” məlumatla bağlı bölgənin digər merləri ilə əlaqə saxlayıb. Onlar isə sualı eşidən kimi telefonu qapayıblar.

Belə görünür ki, Nikol Paşinyanın daxildə ictimai dayaqlarını gücləndirmək üçün Azərbaycan bu gün səhər saatlarında Ermənistana iki ermənini “bonus” olaraq da verib. Bunlardan biri 16 Noyabr döyüşlərində ələ keçirilənlərdəndir. Xəbərdə bildirilir ki, Azərbaycan həmin yaralı erməniləri müalicə də edib.

Bu, 24 noyabrda Ermənistan Baş nazirinin canlı mətbuat konfransında verdiyi mesajın doğrulması üçün Bakının jestidir. Nikol Paşinyan 9 noyabr görüşündən “bu tarixin Ermənistan üçün ağrılı olması səbəbindən” (kapitulyasiya aktının imzalanmasının ildönümü – red.) imtina etdiyini, yalnız əsirlərdən bir neçəsinin qaytarılacağı halda həmin tarixdə görüşə hazır olduğunu bildirmişdi. Paşinyan bunun “kompensasiya” olduğunu da açıq şəkildə demişdi. Məsələ ondadır ki, N.Paşinyanın həmin tarixdə görüşə getməsi növbəti dəfə Ermənistan rəhbərliyinin “sındırılması” kimi qiymətləndirilirdi və Köçəryan-Sərkisyan cütlüyü aksiyalar elan etməklə, bu faktdan siyasi məqsədləri üçün istifadə etməyə çalışırdı.

Görünür, həm Rusiya, həm də Azərbaycan rəhbərliyi Robert-Serjik cütlüyünə əlavə təzyiq vasitəsi verməmək üçün Nikol Paşinyanın xahişini nəzərə alıb.

Ona görə də Azərbaycan N.Paşinyanın Soçiyə yola düşməzdən öncə iki ermənini geri qaytardığını elan etdi.

Ancaq bunlar 9 noyabr üçün tələb olunanlar deyil; Paşinyan 9 noyabr görüşünə gəlməsini “kompensasiya” etmək üçün 11-13 dekabr 2020-ci ildə yaxalanan və Bakıda artıq mühakimə edilərək, həbs cəzası alan terrorçulardan istəyirdi.

Bu gün qaytarılan N.Paşinyanın görüşdən imtina edib, təxribatlara start verməsindən sonra – 16 Noyabr döyüşündə ələ keçirilən və doğrudan da əsir sayıla biləcək ermənidir.

Bakı “bonus” verdi, mümkündür ki, Zəngəzur dəhlizi və demarkasiya prosesinə görə daha bir jest də edilsin.

Maraqlı görüş olacaq Soçidə…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki