image-qanunla-reklam
image-nikol_pasinyan_-_1

Paşinyandan MİTİNQ ÇAĞIRIŞI: Biz “polad inqilab” etdik

image-lady-day-az

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan öz tərəfdarlarını iyunun 21-i Yerevanın Respublika Meydanında mitinq keçirməyə çağırıb.

Qanunla.Az “TASS”a istinadla xəbər verir ki, verdiyi məlumata görə, N.Paşinyan bildirib ki, xalq onun partiyasına “polad mandat” verib. Qeyd edək ki, N.Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası növbədənkənar palament seçkilərində məntəqələrin 50 faizindən çoxundan gələn səslərin hesablanmasından sonra 58 faiz səslə liderlik edir.

N.Paşinyan bildirib: “2018-ci ildə “məxməri inqilab” etdik və indi xalq bizə “polad mandat” verdi, bu isə bizim “polad inqilab” etdiyimizi göstərir. Buna görə bütün tərəfdarlarımızı 20:00-da Respublika Meydanında toplanmağa çağırıram”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki