30,24 min kvadratkilometr idi. Yəni Sovet hakimiyyəti illərində Azərbaycan 12 min kvadratkilometr ərazisini itirib və bu ərazi Ermənistana verilib.
Azərbaycan Respublikasının 1918-1920-ci illərdəki müstəqil sələfi ilə davamlılığından danışan Konstitusiya Aktının müəllifləri sənədin preambulasında aydın şəkildə qeyd ediblər ki, söhbət “Azərbaycan Xalq Cümhuriyyətinin demokratik prinsiplərinin və ənənələrinin davamlılığından gedir”. Sənəddə Cümhuriyyətin sərhədləri və ərazisi barədə ümumiyyətlə heç nə qeyd edilmir.
Paşinyan Azərbaycanı ittiham etməzdən əvvəl Ermənistan Ali Sovetinin 1992-ci il 8 iyul tarixli qərarlarına diqqət yetirməlidir. Ermənistan parlamentinin bu sənədi “Dağlıq Qarabağ Respublikasında yaradılmış vəziyyət haqqında” adlanır. Onun bəndlərindən biri Ermənistana Qarabağın Azərbaycanın tərkibində göstərilməklə, beynəlxalq və ya daxili müqavilələr bağlamağı qadağan edir.
Digər diqqətçəkən məqam isə odur ki, Ermənistan tərəfinin istinad etdiyi 1991-ci il Alma-Ata Bəyannaməsi Qarabağın Azərbaycanın tərkibində qalmaması şərti ilə Ermənistan parlamenti tərəfindən ratifikasiya edilib. Odur ki, Paşinyanın Ermənistanın Alma-Ata Bəyannaməsini imzalamaqla Azərbaycanın, o cümlədən Qarabağ bölgəsinin də onun ərazi bütövlüyü çərçivəsində tanıması barədə dedikləri yalandır.
Ən əsası isə Ermənistan Konstitusiyasında 23 avqust 1990-cı il tarixli Müstəqillik Bəyannaməsinə istinad edilir ki, burada Qarabağın Ermənistana “birləşdirilməsi” göstərilir. Bu səbəblərə görə Paşinyan güzgü qarşısında üz-gözünü büzməməli, Azərbaycanla münasibətləri normallaşdırmaq üçün konkret addımlara keçməlidir. Bu da öz növbəsində Azərbaycana qarşı ərazi iddialarının Ermənistan Konstitusiyasından çıxarılmasından keçir…