image-970_50
image-1628401316-610f677e49337610f677e493381628399486610f677e49334610f677e49335

“Patı” ilə tutuldu, başqa cinayətinin üstü açıldı

image-728_90

Narkotiklə tutulan şəxsin digər cinayət əməlinin üstü açılıb.

DİN-dən Qanunla.Az-a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Kolanı kənd sakini, əvvəllər məhkum olunmuş Rəşad Novruzov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı “patı” adlanan narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

R.Novruzovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun yaşadığı kənd ərazisində yerləşən fərdi yaşayış evlərinin birinə soyğunçuluq məqsədilə qanunsuz daxil olmaq istədiyi də müəyyən edilib.

R.Novruzov barəsində Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki