image-qanunla-reklam
image-patrushev

Patruşev: Əfqanıstandakı terrorçular İran və Türküstana keçəcək

image-lady-day-az

Əfqanıstandakı hazırkı situasiya ABŞ və NATO-nun digər üzvlərinin kəşfiyyatlarının səriştəsiz fəaliyyətinin nəticəsidir.

Qanunla.Az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

“ABŞ-ın və onların müttəfiqlərinin siyasi və hərbi rəhbərliyinin Əfqanıstandakı situasiyaya tam nəzarət etməsi ilə bağlı əminliyi real vəziyyəti doğru qiymətləndirə bilməməsinə gətirib çıxardı” – deyə o bildirib.

Patruşev Əfqanıstandakı terror təşkilatlarının gələcəkdə Mərkəzi Asiyaya, Çinin Sintzyan bölgəsinə, İranın şimalına, Hindistana yönələ biləcəyini deyib. O, həmçinin ABŞ-ı qlobal miqyasda narkolaboratoriya yaratmaqda ittiham edib:

“Narkotrafiklə mübarizə yerinə 20 il ərzində ABŞ qlobal miqyasda narkolaboratoriyaların yaradılmasını reallaşdırdı. Tiryək istehsalı 40 dəfədən çox artıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki