image-qanunla-reklam
image-1684998252_aaf44cdc-1657-3d51-9fca-c32321dd2424_850

Paytaxtda bir-birinə bitişik obyektlər yandı

image-lady-day-az

FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Ə.Nəvai küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Qanunla.az xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir-birinə bitişik, taxta konstruksiyalardan ibarət obyektlərdə baş verdiyi və yayılaraq digər obyektlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 70m² və 100m² olan ictimai iaşə obyektləri müvafiq olaraq 50m² və 44m² sahədə, bərbərxana 6m² sahədə yanıb, ümumi sahəsi 20m² olan avtomobil yuma məntəqəsinin lambir materialdan ibarət tavanı yüksək temperaturdan əriyib.

Obyektlərin qalan hissəsi və digər bitişik obyektlər yanğından mühafizə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki