Bakıda evlərdən 5500 manatlıq oğurluq edən şəxs tutulub.
Bu barədə Qanunla.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 2 evdən 500 manat pul və 5000 manat dəyərində qızıl-zinət əşyalar oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ü.Cavadov saxlanılıb.