image-qanunla-reklam
image-sedat-peker

Pekər ciddi oyun oynayır: Türkiyəni çətin günlər gözləyir

image-lady-day-az

Türk jurnalist Əbdürrəhman Dilipak son günlərdə gündəmdə olan kriminal avtoritet Sədat Pekər videoları haqqında danışıb.

Qanunla.Az xəbər verir ki, jurnalist bu kimi hadisələrin Türkiyənin islam və Qərb dünyasındakı imicinə zərər vuracağını bildirib.

“Türkiyə əleyhinə olan lobbilər bu videolarda hallanan bəzi detallara əsaslanaraq bizə qarşı çox ciddi əks kampaniya apara bilərlər. Bundan başqa, FETÖ-çular bu hadisəni fürsət bilib, “Ərgənəkon” məsələsində olduğu kimi, bəzi saxta sənədlərlə beynəlxalq arenada Türkiyəyə təzyiq göstərməyə çalışacaqlar. Bu müzakirələr belə davam edərsə, Türkiyənin qarşısında çox çətin günlərin olduğunu deyə bilərik”, – jurnalist deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki