image-qanunla-reklam
image-1740204086-unnamed

Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi – FOTO

image-lady-day-az

Ədliyyə Nazirliyi Penitensiar xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat-axtarış tədbiri keçirib.

PX-dən Qanunla.az verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində İbadov Vaqif İmanxan oğluna məxsus 1 ədəd lüləsi və qundağı kəsik ov tüfəngi, 2 ədəd F-1 markalı əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1171 ədəd müxtəlif kalibrli patron və 1 ədəd siqnal tapançası Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində dəmiryolunun kənarında sahibsiz tikilinin yaxınlığında aşkar edilərək götürülüb.

Əl qumbaraları Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki