image-qanunla-reklam
image-hebsxana

Penitensiar xidmətin əsgəri özünü güllələdi

image-lady-day-az

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əsgəri intihar edib.

Qanunla.Az xəbər verir ki, Penitensiar xidmətin şöbə rəisi Mehman Sadıqov Report-a məlumatı təsdiqləyib.

O bildirib ki, mayın 31-də saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib.

Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib.

Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki