image-qanunla-reklam
image-d442e0061d-muasir-musteqil-azerbaycan-umummilli-lider-heyder-eliyevin-en-mohtesem-eseridir

Peşəkar idarəetmə nümunəsi

image-lady-day-az

Peşəkar idarəetmə nümunəsi.

Ulu Öndər Heydər Əliyev, idarəetmənin ustadı və siyasətin kamil bilicisi kimi, Azərbaycan tarixində müstəsna rol oynamışdır. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar, Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, sosial-iqtisadi inkişafı təmin etmək və beynəlxalq arenada tanınan bir dövlətə çevirmək məqsədini güdürdü. Bu müstəqil siyasət, onun müdrikliyi, uzaqgörənliyi və zəngin təcrübəsi ilə birbaşa əlaqəli idi. Ulu Öndər Heydər Əliyevin idarəetmə prinsipləri, reallığı düzgün qiymətləndirmək və problemin köklü həllinə yönəlmək üzərində qurulmuşdu. Məsələn, 1993-cü ildən etibarən həyata keçirilən iqtisadi islahatlar çərçivəsində kiçik və orta sahibkarlığın inkişafına yönəldilmiş tədbirlər, ölkə iqtisadiyyatının canlanmasına səbəb oldu. Bu dövrdə “Azərbaycanda kiçik və orta biznesin inkişafı” proqramı icra edildi ki, bu da yeni iş yerlərinin yaradılmasını və özəl sektorun güclənməsini təmin etdi. Bu, Ulu Öndərin iqtisadiyyatın inkişafına yönəlmiş strateji yanaşmasının konkret bir nümunəsidir. Eyni zamanda, Ulu Öndər Heydər Əliyev, sosial-siyasi məsələlərə yanaşmada da mütləq reallığı nəzərə alırdı. Onun rəhbərliyi dövründə Azərbaycanda baş verən Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addımlar, ölkədə sabitliyin bərpa edilməsinə xidmət edirdi. 1994-cü ildə imzalanan atəşkəs razılaşması, müharibə şəraitində olan cəmiyyətin daha da gərginləşməsinin qarşısını aldı. Bu razılaşma, Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi idi və Azərbaycanın sülh mühitinə qovuşmasında mühüm rol oynadı. Bu, eyni zamanda, ölkənin daxili və xarici siyasətinin də sabitləşməsinə səbəb oldu.

Ulu Öndər Heydər Əliyev, eyni zamanda, cəmiyyətin inkişafını təmin edən təhsil və mədəniyyət sahələrinə də xüsusi diqqət yetirirdi. Onun təşəbbüsü ilə 1999-cu ildən başlayaraq, “Ənənəvi Azərbaycan mədəniyyəti” proqramı çərçivəsində mədəniyyətin qorunması, inkişafı və təbliği istiqamətində mühüm addımlar atıldı. Bu, cəmiyyətin öz kimliyini, mədəni irsini qoruyub saxlamaq və gənc nəsli milli dəyərlərlə tanış etmək məqsədini güdürdü. Bu yanaşma, Heydər Əliyevin cəmiyyətin bütün sahələrində uzunmüddətli və strateji hədəfləri irəlilətməkdəki ustalığını göstərir.

Ulu Öndər, xarici siyasətdə də müstəqil və balanslı yanaşmalarla diqqəti cəlb edirdi. Azərbaycanın müstəqil xarici siyasətini inkişaf etdirmək üçün o, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə və qonşu ölkələrlə münasibətləri gücləndirməyə çalışırdı. Onun dövründə Azərbaycanın ATƏT, BMT, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlarda aktiv iştirak etməsi, ölkənin beynəlxalq aləmdə tanınmasına və müstəqil mövqeyini gücləndirməsinə imkan tanıdı.

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir.Nəticə etibarilə, Ulu Öndər Heydər Əliyev, idarəetmə və siyasət sahəsindəki mükəmməl bacarıqları ilə müasir Azərbaycanın inkişafında müstəsna rol oynamışdır. Onun reallığı düzgün qiymətləndirməsi, zəngin təcrübəsindən yararlanması, sosial-siyasi və iqtisadi problemləri diqqətlə analiz etməsi, sabitlik və inkişafın təmin edilməsinə xidmət etmişdir. Bu səbəbdən, Heydər Əliyev, yalnız Azərbaycan üçün deyil, eyni zamanda, dünya miqyasında tanınan bir lider kimi tarixdə öz yerini almışdır.

Gəncliyə Dsətək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

 

Ulu Öndər Heydər Əliyev fenomeni.

Hər bir dövlətin inamlı inkişafını təmin edən strateji amillərdən biri də liderlik fenomenidir. Tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bu mənada Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Bu gün hər kəs, istər müstəqil Azərbaycanın vətəndaşları, istərsə də bütün dünyada yaşayan azərbaycanlılar yaxşı bilir ki, Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycanın dövlətçilik tarixində ən parlaq simadır. Azərbaycan xalqının qəlbində əbədiyaşar yerə sahib, hələ sağlığında Ümummilli Lider statusunu qazanan, Ulu Öndər kimi milyonların sevimlisi olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşüb. Bəli, hər kəsin bildiyi və qəbul etdiyi, bəzilərinin istəməsə belə qəbul etməyə məcbur olduğu yenilməz bir həqiqət var ki, bu, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı, onun müəyyən etdiyi ideoloji xəttin müasir dövlətimizin parlaq gələcəyinin təminatçısı olmasıdır.

Ulu Öndər Heydər Əliyev yaşadığı dövrün, zəmanəsinin görkəmli siyasi, dövlət xadimi olmaqla yanaşı, həm də bu günün və gələcəyin böyük şəxsiyyətidir. Onun ideyaları hər zaman aktualdır. Bu ideyalar həm də Azərbaycanın müstəqilliyinin, müstəqil dövlət kimi inkişafının təməl prinsipləridir.  Həmin prinsiplər mahiyyətcə azərbaycançılıq məfkurəsində ehtiva olunmuşdur. Ulu Öndər  azərbaycançılığı milli ideologiyamız, milli düşüncə sistemimiz kimi yüksək qiymətləndirir və onun birləşdirici, inkişafetdirici gücünün nə qədər böyük olduğunu əsaslandırırdı. Azərbaycanın milli mənəvi dəyərləri, dövlətçiliyi, adət-ənənələri, dilimizə, tariximizə, mədəniyyətimizə olan münasibət məhz azərbaycançılıq ideologiyasının məzmun komponentləri kimi birləşir və vəhdət yaradır. Bu birləşdirici funksiya eyni zamanda  xalqın birliyinin daha möhkəm təminatına, onun inkişafının davamlı, sistemli olmasına zəmin yaradır. Ulu Öndərimiz bütün həyatı boyu azərbaycançılıq amalı ilə yaşamış və bütün fəaliyyəti bu məfkurə üzərində köklənmişdir.

Ulu Öndər Heydər Əliyev iki müxtəlif iqtisadi sistemin mövcud olduğu dövrdə ölkəyə rəhbərlik etmiş və hər iki dövrdə iqtisadi münasibətlərin real xarakterinə uyğun siyasət yeritmiş, beləliklə, xalqımızın maddi rifahı təmin olunmuş, ədalətlilik, bərabərlik prinsipi nəzərə alınmışdır. Müxtəlif tarixi-iqtisadi şəraitdə, həmçinin siyasi quruluşların fərqli olduğu bir zamanda ölkəyə rəhbərliyi, cəmiyyətin inkişaf mexanizmlərini görməsi, onu hərəkətə gətirməsi və sürətləndirməsi, davamlılığı, dayanıqlılığı təmin etməsi Heydər Əliyev fenomeninin xarakterik cizgiləri kimi qeyd edilə bilər.

Ulu Öndərin əsasını qoyduğu daxili və  xarici siyasət kursunun Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan  yüksəlişə və dinamik inkişafa nail olub. Prezident cənab İlham Əliyevin ölkəyə  rəhbərlik etdiyi illər Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi yazılır. Dövlət başçısının rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur.  Ən mühüm məqam isə budur ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələr də əldə etdiyi uğurlar onun rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin yazdıgı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi, ərazi bütövlüyümüz bərpa olundu.

Ulu Öndərimiz hər zaman bizimlədir. Azərbaycanın varlığı Ümummilli Liderimizin varlığı deməkdir. Xalqımızın yolu Ulu Öndər Heydər Əliyev yoludur.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki