image-qanunla-reklam
image-34bc59c31b1199d26e67ce5118911493

Peskov: Rusiya və ABŞ diplomatlarının İstanbul görüşü məsələsində irəli qaçmaq lazım deyil

image-lady-day-az

Rusiya və ABŞ nümayəndə heyətləri arasında İstanbulda aparılan danışıqların nəticələri ilə bağlı məlumat təqdim olunacaq, irəli qaçmağa gərək yoxdur.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i ölkə prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən məlumat yayıb.

“Bu məsələ ilə bağlı Ər-Riyadda əldə olunmuş prinsipial razılaşmalar var. Hazırda İstanbulda ekspertlər səviyyəsində görüş keçirilir, diplomatlarımız iki prezident arasında telefon danışığı zamanı əldə olunan anlaşmanı və Ər-Riyadda yüksək səviyyəli nümayəndə heyətləri arasında əldə olunmuş razılaşmaları inkişaf etdirmək üzərində işləyirlər. Hələlik qabağa qaçmaq lazım deyil. Danışıqların nəticələri barədə məlumat bu və ya digər şəkildə veriləcək “, – Peskov qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki