image-970_50
image-fotojet-100

Petr Petrovski: “Ermənistanın sadəcə uğursuz dövlət elan edilmək riski var” – MÜSAHİBƏ

image-suni_mayalanma_qiymeti

 

“Ermənistan ABŞ-la öz loyallığının alverini edir. Halbuki Azərbaycan, Türkiyə ilə münasibətlərin normallaşdırılması, sərhədlərin açılması, ticarət dəhlizlərinin bərpası ilə bağlı məsələləri həll etmək lazımdır”.

Bu barədə belaruslu politoloq, “Nomos” mühafizəkar mərkəzinin direktoru, Belarus Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun elmi işçisi, “Belaya Rus” Respublika ictimai birliyinin eksperti Petr Petrovski  müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, erməni maraqları naminə hansısa fəaliyyətə başlayacaqları ümidi ilə İrəvan üçüncü dövlətləri məsələyə cəlb etməyə çalışır.

“Mən bunu utopiya hesab edirəm və Ermənistana məsləhət görərdim ki, vəziyyəti gərginləşdirməklə məşğul olmasın, başqa bir şey haqqında – Azərbaycan və Türkiyəni Avrasiya İttifaqına necə cəlb etməyin mümkünlüyü barədə düşünsün. İrəvan üçün Azərbaycanın üzv olması və Türkiyənin Avrasiya inteqrasiyasına qoşulması o deməkdir ki, Ermənistanın tranzit, logistik əhəmiyyəti nəzərəçarpacaq dərəcədə artacaq. Aİİ və KTMT-dən çıxmaq istəyi ilə bağlı bəyanatlar isə sadəcə gülüncdür”.

– Tutaq ki, Ermənistan Aİİ və KTMT-ni tərk edir. Bu təşkilatlar nə itirəcək?

– Belə bir ssenari reallaşarsa, Ermənistan daha çox itirəcək. Bu ölkənin ərazisində də Rusiyanın hərbi bazası var, Ermənistan Rusiyadan silah alır, Rusiya qazını alır, məhsulunu Rusiyaya satır. İrəvanın Aİİ və KTMT-dən çıxması ölkədə iqtisadi çöküşə, əhalinin kəskin yoxsullaşmasına və miqrasiyanın daha da artmasına gətirib çıxaracaq. Ermənistanın sadəcə uğursuz dövlət elan edilmək riski var.

– İstənilən ölkənin dövlət siyasəti ardıcıl olmalı, dövlətin maraqlarına cavab verməlidir. Sizə elə gəlmirmi ki, Ermənistanda belə deyil? Bir tərəfdən İrəvanda deyirlər ki, Ermənistan kollektiv təhlükəsizlik qüvvələrinin döyüş hazırlığını və mobilliyini artırmaq üçün KTMT ölkələri arasında hərbi əməkdaşlığın formalaşdırılmasını zəruri hesab edir. Digər tərəfdən KTMT-ni tənqid edir, bu strukturdan çıxmağa çağırırlar.

– Məndə belə bir təəssürat yaranır ki, erməni elitaları bir tərəfdən dərin parçalanıb, digər tərəfdən isə onlar 2020-ci ilə qədər bir vəziyyətdə yaşayırlar və yeni geosiyasi uyğunlaşmaları dərk edə bilmirlər.

Ermənistan tərəfi başa düşmür ki, Azərbaycanın KTMT və Aİİ-yə üzv olması onlar üçün nə qədər faydalıdır. Bu, həm də Ermənistanın təhlükəsizliyini təmin edə və iqtisadi qarşılıqlı fəaliyyət üçün imkanlar aça bilər. Amma Ermənistan indi bir növ millətçi, mağara fobiyaları ilə regionda yeni reallığı dərk etmək zərurəti arasında çaş-baş qalıb.

– Yeri gəlmişkən, bu ilin yazında Ermənistanın Aİİ-də qəbul edilmiş konsensus prinsipindən istifadə edərək Azərbaycan nümayəndə heyətinin Aİİ tədbirində iştirakına mane olduğu vəziyyətini xatırladım. İndi də İrəvanda deyirlər ki, Bakının onların iştirak etdiyi assosiasiyalarda iştirakına icazə verməyəcəklər, baxmayaraq ki, Azərbaycan bununla bağlı ümumiyyətlə, heç bir xüsusi istək nümayiş etdirmir…

– Mənə elə gəlir ki, Ermənistan cəmiyyətində hansısa psixoloji travma var. Amma zaman sağaldır və Ermənistan Azərbaycanın KTMT və Aİİ-də ən azı müşahidəçi statusunda iştirakının vacibliyini dərk edə bilər.

Yeri gəlmişkən, Türkiyə-Ermənistan münasibətlərinə diqqət yetirin. Artıq Türkiyənin xüsusi nümayəndəsi təyin olunub, o, İrəvanla danışıqlar aparacaq, Ermənistanda isə nümayəndə təyin olunacaq. Regionda əməkdaşlığa hazır olan Azərbaycanın mövqeyi də səsləndirilib. Düşünürəm ki, vəziyyət, ilk növbədə, iqtisadi vəziyyət elə inkişaf edir ki, Nikol Paşinyan baş nazirlik müddətini sona qədər davam etdirmək istəyirsə, reallığa qayıtmalı olacaq. Rusiya, ABŞ və Aİ onu buna sövq edir, Türkiyə və Azərbaycanın mövqeyindən isə heç danışmıram və o, artıq bəzi addımlar atmağa başlayır.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki