image-970_50
image-fotojet-8

Polad Həşimovun müəllimi: “Onun gözlərinin dərinliklərinə baxanda bilirdim ki…” – FOTO

image-728_90

 

“Deməli, mən ilk dəfə Sumqayıt şəhər 28 nömrəli məktəbdə işə başlamışam. Polad Həşimov mənim ilk birinci sinif şagirdlərimdən biri olub. O, əlaçı idi. Məktəbin foyesində şərəf lövhəsi var idi. Polad sinifdən-sinfə adladıqca onun şəkilləri də əlaçılar sırasında hər il yenilənirdi”. 

Bu sözləri açıqlamasında şəhid general-mayor Polad Həşimovun ibtidai sinif müəllimi Səyyarə Hüseynova onunla və müəllimlər günü ilə bağlı xatirələrini bölüşərkən deyib.

Səyyarə müəllim onu da qeyd edib ki, Polad Həşimovun gələcəyinin parlaq olacağı onun gözlərindən bəlli olurdu:

“Mən Polad Həşimovun ibtidai sinif müəllimiyəm, onu hazırlıq vaxtından götürüb 5-ci sinfə qədər dərs demişəm. O, zahiri görkəminə görə uşaq olsa da, daxili daha fırtınalı idi. Polad gözəl əl qabiliyyəti, düşündürücü sualları və əla qiymətləri ilə digərlərindən fərqlənirdi.

Poladın gözlərinin dərinliklərinə baxanda bilirdim ki, o uşağın gələcəyi daha parlaq olacaq.
Onlar həm də ailəlikcə düzgünlüyü, haqq-ədaləti sevirdilər. Mən bunu müşahidələrimə əsasən deyirəm. Ailədə uşağın təməl daşı qoyulur. Ailə necə düzgün idisə, Polad da çox tərbiyəli, dürüst və savadlı uşaq idi.

Əminəm ki, o, istədiyi məktəbə qəbul ola bilərdi. Amma hərbi məktəbi seçdi. Onun generaldan da yüksək rütbəni daşımağa qabiliyyəti var idi”.

S.Hüseynova müəllimlər günündən bəhs edərkən onların zamanında hədiyyə verilmədiyini, müəllimlərin də həmin gündə şagirdlərdən nəsə gözləmədiyini bildirdi:

“Bizdə o zamanlarda müəllimlər günü elə də qeyd olunmurdu. Məktəbin direktoru deyirdi ki, bura “fəhlə şəhəri”dir. Valideynlər sizə borclu deyil. Doğurdan da mən elə işləmişəm. Mən o dövrdə heç bir şagirddən bir dənə gül belə qəbul etməmişəm”.

 

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki