Meksikanın mərkəzindəki Tlaxcala əyalətində polad zavodunda güclü partlayış baş verib.
Qanunla.Az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 12 nəfər ölüb, bir çoxu yaralanıb, bəziləri ağırdır. Yaralılar xəstəxanaya çatdırılıb.
Tlaxcala əyalətinin qubernatoru Lorena Kuellar açıqlamasında polad zavodunda qazanda partlayış olduğunu və hadisənin prokurorluq tərəfindən hərtərəfli araşdırıldığını bildirib.