image-qanunla-reklam
image-range-rover23

Polisin əmrinə tabe olmayan sürücü həbs edildi

image-lady-day-az

Bakıda yol hərəkəti qaydalarını ardıcıl kobud şəkildə pozan və polisin “Saxla” əmrinə tabe olmayan sürücü inzibati qaydada həbs edilib.

Bu barədə Qanunla.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Səbail rayonunda “Range Rover” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozaraq qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna çıxıb. Daha sonra sürücü yol polisinin saxla əmrinə tabe olmayaraq hərəkətini davam etdirib. Həmin sürücü Xətai rayonu “Neapol” dairəsi adlanan ərazidə də kobud qayda pozuntusuna yol verərək polisin saxla işarəsinə məhəl qoymayıb.

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin sürücüsünün şəxsiyyəti müəyyənləşdirilib.

Məlum olub ki, sürücü paytaxt sakini Orxan Əyyubovdur və o, saxlanılaraq polis şöbəsinə gətirilib. Sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

O.Əyyubov məhkəmənin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki