image-qanunla-reklam
image-zerdust-elizade-esas

Politoloq: “Rusiya Köçəryanı hakimiyyətə gətirəcək”

image-lady-day-az

Politoloq Zərdüşt Əlizadə müsahibə verib.

Demokrat.az müsahibəni təqdim edir:

– Zərdüşt bəy, Ermənistanda keçiriləcək parlament seçkilərini Rusiya ilə Qərbin mübarizəsi kimi xarakterizə etmək olarmı?

– Təbii ki, bu, onsuz da belədir. Paşinyan Qərbi müdafiə edir, Köçəryan isə Rusiyanı və əsas mübarizə onların arasında gedir.

– Hakimiyyət dəyişəcəyi təqdirdə qarşı tərəf üçtərəfli sazişdən imtina edə bilərmi?

– Qarşı tərəf üçtərəfli sazişdən imtina edə bilməz, çünki həmin bəyanatda Putinin imzası var. Ermənistanda elə bir şəxs, siyasətçi yoxdur ki, Putinin imzaladığı sənəddən imtina eləsin.

– Sizcə, seçkinin nəticəsinin Azərbaycana təsiri necə olacaq?

– Ermənistanın imkanları çox məhduddur və hər şey Rusiyadan asılıdır. Rusiya necə desə, onlar elə hərəkət edəcəklər, yəni Putinin dediklərini yerinə yetirəcəklər. Ermənistan rəhbərliyində istər Nikol, istərsə də Robert olsun, bu, dəyişməyəcək. Çünki başqa çıxış yolları yoxdur.

– Nəticənin Azərbaycana təsirinin çox da fərqli olmayacağını deyə bilərik.

– Bəli. Əlbəttə ki, Paşinyan qalib olsa, daha qətiyyətli bir şəkildə Ermənistanı Qərbə tərəf yönəldəcək. Bu, bizim üçün də yaxşı olardı. Amma indi hər şey Rusiyadan asılıdır və bütün kartlar ondadır. Çox böyük ehtimalla Köçəryanı hakimiyyətə gətirəcəklər.

– Yəni hazırkı göstəricilərə baxmayaraq, seçkilərdə favorit Robert Köçəryandır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki