image-qanunla-reklam
image-vaqif-esedov

Polkovnik taksi sürücülərinə xəbərdarlıq etdi

image-lady-day-az

Son günlər sosial şəbəkələrdə “1 manatlıq” taksilərin ləğvi ilə bağlı müzakirələr taksi sürücülərinin narahatlığına səbəb olub.

Bununla bağlı Qanunla.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, vətəndaşın rəsmi icazəsi varsa, onun 1 manata işləməsinin heç kimə aidiyyəti yoxdur.

“Taksi fəaliyyəti ilə məşğul olmaq üçün qanuni lisenziya sənədi almaq lazımdır. Eyni zamanda, sürücü idarə etdiyi nəqliyyat vasitəsini standart tələblərə uyğun vəziyyətə gətirməlidir. Pandemiya ilə əlaqədar avtomobildə arakəsmədən istifadə etməlidir. Tələb edilən qanunlara riayət edilmədikdə sürücü inzibati xəta tərkibi yaradır. Qeyri-qanuni sərnişin daşınması ilə bağlı sürücülərə tez-tez xəbərdarlıq edirik. Sərnişinlərə də xəbərdarlıq etmişik ki, bəzi ərazilərdə qeyri-qanuni fəaliyyət göstərən “1 manatlıq” taksilərə qarşı diqqətli olsunlar. Formula-2 ərəfəsində bəzi sürücülər süni qiymət artımı ilə sərnişinlər arasında narazılıq yaradırlar. Belə hallar yolverilməzdir”, – Vaqif Əsədov xəbərdarlıq edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki