image-qanunla-reklam
image-img_20211122_090015

Polşa: Mafiya Lukaşenkoya yardım edir

image-lady-day-az

Avropa ölkələrinə giriş etmək istəyən on mindən çox miqrant Belarusda qalıb.

Qanunla.Az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski deyib.

O vurğulayıb ki, fürsətdən istifadə edib vətənə qayıdan insanlar bu vəziyyətin ümidsizliyini, Lukaşenka rejimi və qaçaqmalçılar tərəfindən aldandıqlarını görənlərdir.

Baş nazir onu da bildirib ki, sərhəd böhranı başlayandan bəri Polşa hakimiyyəti insan qaçaqmalçılığı ilə məşğul olan 400-ə yaxın adamı saxlayıb:

“Bunlar Qərbi Avropa, Yaxın Şərq də daxil olmaqla, müxtəlif millətlərdən olan şəxslərdir. Aydındır ki, beynəlxalq mafiya Lukaşenkoya sərhəddəki siyasi böhranda bu bədbəxt insanlardan istifadə etməkdə kömək edir”.

Qeyd edək ki, bundan əvvəl 430 insan Belarusdan İraqa təxliyə edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki