“Polşa hərbi kontingentinin Ukraynaya göndərilməsini təsəvvür etmək çətindir”.
Qanunla.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış deyib.
“Belə bir vəziyyəti təsəvvür etmək çətindir. Biz belə bir ssenariyə hazırlaşmırıq”, – nazir qeyd edib.
Polşa Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, Ukraynada sülhə ABŞ və Avropanın sərmayələri zəmanət verə bilər.