image-qanunla-reklam
image-05517972-8799-3d09-ab76-8784ab78159c_850

Polşada 40 min ildən çox yaşı olan zinət əşyası tapılıb

image-lady-day-az

Alimlər Polşanın Steinja mağarasında elmə məlum olan ən qədim zinət əşyalarını tapıblar.

Tapıntının təsvirini “Scientific Reports” elmi jurnalı dərc edib.

Nəşr qeyd edib kİ, tapılan fil sümüyü kulonunun 41,5 min ildən çox yaşı var.

“Bu zinət əşyası o dövrdə yaşamış insanların qeyri-adi yaradıcılığından, eləcə də alətlərlə işləmə bacarığından xəbər verir”, – məqalənin müəlliflərindən biri, Vroslav Universitetinin tədqiqatçısı Violetta Novaçevska bildirib.

Alimlərin qənaətincə, fil sümüyü kulonu son paleolit ​​dövrünə aiddir.

“Bu kulon dünyada elmə məlum olan ən qədim zinət əşyası hesab edilə bilər. Məlum olub ki, bu artefaktlar o zamanlar nəsli kəsilmiş neandertallar tərəfindən deyil, Avropanın ilk kromanyonları tərəfindən hazırlanıb”, – Novaçevska vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki