Ukraynanın keçmiş prezidenti, Avropa Həmrəyliyi Partiyasının rəhbəri Petro Poroşenko Avropa Parlamentində Avropa Xalq Partiyasının (EPP) lideri Manfred Veberlə görüşmək üçün ölkəni tərk edə bilməyib.
Qanunla.az xəbər verir ki, bu barədə siyasətçi özünün “Facebook” səhifəsində yazıb.
Poroşenko “demokratiyanın məhdudlaşdırılmağa davam etdiyinə” işarə edərək, Prezident Təhlükəsizlik Xidməti rəhbərliyinin göstərişi ilə ölkəni tərk etməsinə icazə verilmədiyini bildirib.
Bu, Ukraynanın keçmiş prezidentinin ölkədən çıxışının qarşısının alınması ilə bağlı ilk hal deyil. 2023-cü ilin sonunda sərhədçilər onun Polşa və ABŞ-yə ezamiyyətə getməsinə icazə verməyiblər. Buna cavab olaraq o, Ukrayna lideri Volodimir Zelenskinin ofisinin ölkəsinə qarşı “təxribat” etdiyini bildirib.