image-qanunla-reklam
backend

“PRAQMATİK LİDER, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV QƏTİYYƏTİNİN TƏNTƏNƏSİ-QARABAĞ AZƏRBAYCANDIR”

image-lady-day-az

“PRAQMATİK LİDER, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV QƏTİYYƏTİNİN TƏNTƏNƏSİ-”QARABAĞ AZƏRBAYCANDIR”

15.10.2021-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsi Zərdab rayon Heydər Əliyev Mərkəzinin və Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçilməsi ilə bağlı «Praqmatik lider, Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətinin təntənəsi – Qarabağ Azərbaycandır!» mövzusunda onlayn tədbir keçirildi.
Onlayn tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Jalə Əliyeva, regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin (Sumqayıt, Yevlax, Xızı, Qəbələ, Qazax, Ağdaş, Kürdəmir, Neftçala, Naftalan, Şirvan, Salyan) direktorları, Gəncə Regional Mədəniyyət İdarəsinin və Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəsissələrin əməkdaşları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev ilk dəfə 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının qarşısında ən böyük xidməti bilavasitə onun rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 Gün davam edən Vətən müharibəsində əldə olunan tarixi Zəfər nəticəsində torpaqlarımızın düşmən işğalından azad edilməsidir.
Milli Məclisinin deputatı, professor Jalə Əliyeva öz çıxışında bildirdi ki, İlham Əliyev prezident seçilməsinin ilk ilindən etibarən ölkəmizdə dayanıqlı inkişaf üçün əsaslı addımlar atılmışdır. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 18 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.
Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova, Əməkdar Mədəniyyət işçisi, şair-publisist Bəxtiyar Muradov, Gəncə MKS-nin direktor əvəzi Fəridə Qədimova, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin direktoru Düriyyə Seyidova və Naftalan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Faiqə Ağayeva öz çıxışlarında qeyd etdilər ki, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır.
Onlayn tədbirin sonunda Gəncə Heydər Əliyev Mərkəzinin elmi işçisi Gülər Ellazova çıxışında sözünə, vədinə sadiq Liderin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Zəfər müharibəsində yaratdığı əsl və pozulmaz reallıqlardan danışaraq, Azərbaycanın qalib Sərkərdəsi, nəyi, nə vaxt və necə etməyi hamıdan yaxşı bilən müdrik Prezidenti var!-deyə özünün yazdığı “Sərkərdə” şerini söylədi.
image-245435129_2949023101987864_1520036894669228488_nimage-245362446_2949020785321429_3594122213069740366_nimage-246163851_2949020815321426_3939864399400215468_nimage-245406413_2949020958654745_8685272142399699577_nimage-245465399_2949021005321407_2275166584115878123_nimage-245964593_2949021031988071_4347844624200959118_nimage-245330243_2949019238654917_3139459992859502924_nimage-245352811_2949021318654709_1096761136432321150_nimage-245365846_2949021285321379_8158200124376758905_nimage-245385783_2949021088654732_3275924142351926186_nimage-245418197_2949021061988068_7798425305052598003_nimage-245518972_2949021301988044_2604036941143103418_nimage-245875827_2949019185321589_8937093491353025290_nimage-245964593_2949021031988071_4347844624200959118_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki