image-qanunla-reklam
image-eliyev-musahibe-yeni

Prezident bu məsələni Kremllə həll edib, İrəvanla yox…

image-lady-day-az

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynlinin Axar.az-a müsahibəsi:

– Prezident İlham Əliyevin mayın 10-da Naxçıvan Muxtar Respublikasına sayca 15-ci səfəri baş tutdu. Sizcə, Prezidentin məhz bu ərəfədə Naxçıvana getməsinin səbəb nə idi?

– Prezidentin Naxçıvan Muxtar Respublikasına məhz indi səfər etməsi, şübhəsiz, səbəbsiz deyil. Məsələ ondadır ki, 10 noyabr bəyanatında ölkə başçısının şəxsi təşəbbüsü ilə qəbul edilən Zəngəzur dəhlizi məsələsi var. Hansı ki, bu dəhliz ilk növbədə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək. Diqqət etsəniz, ölkə başçısı işğaldan azad edilən ərazilərə səfərinin ardınca Naxçıvana səfər etdi. Bu, ondan xəbər verir ki, Prezident dəhlizin təkcə Qarabağ hissəsində deyil, Naxçıvan hissəsində də aparılan işlərlə yaxından tanış olmaq istəyib.

– Prezident İlham Əliyev Zəngəzurdan keçəcək dəmir yolunun 44 kilometrinin Rusiyaya məxsus olduğunu və bu məsələnin Moskva ilə həll olunduğunu vurğuladı. Sizcə, Prezident bu sözləri ilə kimlərə mesaj verirdi?

– Diqqət etsəniz, bu gün Ermənistanda Zəngəzur dəhlizi ilə bağlı hər bir nüans qorxu ilə izlənilir. Ermənilər dəhlizin onlar üçün təhlükə olacağını düşünür. Buna görə də reallaşmasını istəmir. Prezident bu mənada dəmir yolunun 44 kilometrinin Rusiyaya məxsus olduğunu vurğuladı, çünki Ermənistan dəmir yollarının sahibi Rusiyadır. Yəni Zəngəzur dəhlizi Rusiya və Azərbaycanın nəzarət etdiyi bölgələrdən keçəcək. Buna görə də Prezident işarə etdi ki, məsələni Rusiya ilə həll edib, Ermənistanla yox və Ermənistan burda siyasi manipulyasiya edə bilməz.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki