image-qanunla-reklam
image-f5d31b4c-7d94-3059-bdb9-dd987292b4af_850

Prezident: “Gürcüstanda koalisiya hökumətinə ehtiyac var”

image-lady-day-az

“Hakim çoxluq tərəfindən formalaşdırılmış hökumətin 9 illik fəaliyyətindən sonra aydın olur ki, koalisiya hökumətinə ehtiyac var”.

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Fransanın “Le Journal du Dimanche” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, mövqelərin bir-birinə kəskin zidd olduğu halda, koalisiya hökumətinin necə fəaliyyət göstərəcəyini təsəvvür etmək çətindir.

Dövlət başçısı qeyd edib ki, yerli orqanlara qarşıdan gələn seçkilər Gürcüstanda dərin siyasi böhranın başa çatıb-çatmadığını göstərəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki