image-970_50
image-hq720

Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibə verib

image-728_90

Prezident İlham Əliyev 2021-ci il 27 sentyabr tarixində Türkiyənin Anadolu Agentliyinə müsahibə verib.

Minsk qrupu tamamilə fəaliyyətsizdir

Artıq bir ildir ki, postmünaqişə dövrünün reallıqlarını yaşayırıq. 30 ilin torpaq həsrətinə 44 gündə son qoyulmasını, ərazi bütövlüyümüzün bərpasını qürur hissi ilə qeyd edir, işğal dövrünün gerçəkliklərini unutmayaraq qarşıdakı dövr üçün müəyyənləşdirilən Milli Prioritetlərin reallaşdırılması istiqamətində addımlar atırıq. Eyni zamanda, dünyanın ikili standartlara əsaslanan siyasəti fonunda Azərbaycan möhkəmlənən mövqeyi ilə regionda və dünyada yeni ab-hava formalaşdırır. Möhtərəm Prezidentimiz İlham Əliyevin istər Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə xalqa müraciətlərində, xarici və yerli mətbuata müsahibələrində, həmçinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərində səsləndirdiyi bəyanatlar, çağırışlar sırasında dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlər əsas yer tutur.
Dövlət başçısı sentyabrın 27-də Türkiyənin nüfuzlu Anadolu Agentliyinə müsahibəsində bir daha ATƏT-in Minsk qrupunun vasitəçi kimi nə etməli olduğuna aydınlıq gətirərək bildirmişdir ki, əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Halbuki, Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvləri, dünya miqyasında ən güclü ölkələri kimi, siyasi çəkilərindən və imkanlarından istifadə edərək Ermənistana qarşı sərt addımlar ata bilərdilər. Amma görünən bu oldu ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ötən 27 ildə özlərinin vasitəçilik missiyalarında nə hərb, nə də sülh siyasətinə üstünlük verirdilər.
Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan Ermənistanın yeni ərazilərlə bağlı müharibə planı hazırladığını dəfələrlə bəyan etsə də dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları yenə də ənənələrinə uyğun olaraq gördüklərini görməzdən, eşitdiklərini isə eşitməzdən gələrək təcavüzkarın bu antibəşəri planlarını həyata keçirməsinə dəstək oldular. Son nəticədə 44 günlük İkinci Qarabağ müharibəsində azğınlaşmış Ermənistanı vaxtında dayandırmayan böyük dövlətlər, ATƏT-in Minsk qrupunun həmsədrləri davranışlarının acı fəsadlarını və məntiqi nəticəsini görməli oldular.
Dövlət başçısı İlham Əliyevin sözügedən müsahibəsində xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycan-Türkiyə dostluğu, qardaşlığıdır ki, bu dostluğun zirvəsində dayanan tarixi Şuşa Bəyannaməsi bütün məqamları özündə ehtiva edir. Dövlət başçısı İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, əgər bütün qonşular Türkiyə ilə Azərbaycan kimi münasibətlər qursaydılar, o zaman dünyada heç bir savaş, heç bir müharibə olmazdı.
Azərbaycan hazırda bərpa və quruculuq mərhələsini yaşayır.
Torpaqlarımız düşmən tapdağından azad edildiyi ilk gündən Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu ərazilərə səfərlərinin hər biri tarixi hadisədir. Təkcə Şuşaya 5 dəfə səfər edilib. Hər səfər bugünümüz və gələcəyimiz üçün önəmli, ən əsası dünyaya ünvanlanan mesajlarla, digər zəngin hadisələrlə yadda qalıb. Cənab Prezidentin işğaldan azad edilmiş torpaqlarımıza hər səfəri Böyük Qayıdışın daha bir addım yaxınlaşması deməkdir. Çünki hər səfər çərçivəsində yeni sosial obyektlərin təməli qoyulur, bərpadan sonra bəzilərinin açılışı olur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan o anları duyğulanaraq diqqətə çatdırsa da bu gün o torpaqlarımızın sahibi kimi edilən səfərlərin, soydaşlarımızın tezliklə Böyük Qayıdışlarının sevincini bölüşməkdən qürur hissi keçirir.

Xanım İmanova-Zərdab rayon Heydər Əliyev mərkəzinin əməkdaşı

 

İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı Azərbaycan hökumətinin prioritetidir

Vətən müharibəsindən sonra ölkəmizdə yeni dövr başlayıb.  Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı əsas hədəflərdən biri hesab olunur. Bu istiqamətdə müvafiq işlərə başlanılıb və bəzi ərazilərdə pilot layihələrin icrası barədə qərar qəbul olunub.
İşğaldan azad edilmiş torpaqlarımızda normal həyat üçün yaşayışın bərpa edilməsinin səmərəli fəaliyyət göstərən işlək mexanizmi hazırlanıb tətbiq edilməlidir.
Azərbaycan işğal altında olan torpaqları intellektual müharibə üsulu ilə azad etdiyi kimi, işğaldan azad edilən ərazilərin bərpasını da intellektual vasitələrdən, ən effektli idarəetmə, tənzimləmə, müasir texnika və texnologiyadan istifadə edilməklə strateji yanaşma üsulu ilə həyata keçirməlidir. İşğal nəticəsində ümumilikdə 850 mindən artıq əhali yaşamış 11 şəhər, 20 qəsəbə və 894 kəndin böyük əksəriyyəti tamamilə dağıdılıb, yerlə-yeksan edilib. Ona görə də işğaldan azad edilmiş torpaqların tam bərpası üzrə həmin reallıqları nəzərə alan  genişmiqyaslı proqram və onun alt proqramları həyata keçirilməyə başlayıb və bu işlər getdikcə sürətlənir və genişlənir.
İşğaldan azad edilmiş ərazilərin bərpası elə həyata keçirilməlidir ki, çox böyük potensiala malik olan Qarabağ zəruri infrastruktur layihələri gerçəkləşdirildikdən sonra region onilliklər boyu təkcə birtərəfli qaydada dotasiyaya oturulan, davamlı olaraq yardımlar hesabına yaşayan bir zona yox, ora qoyulan çoxmilyardlı sərmayələrin hesabına optimal müddətdə dayanıqlı inkişaf trayektoriyasına çıxa bilən, eləcə də həyat səviyyəsi digər regionlardan yüksək olan bir məkana çevrilsin. Buna nail olmaqdan ötrü  bərpa və məskunlaşma işlərində  Azərbaycanın özünün və eləcə də dünya ölkələrinin qabaqcıl təcrübəsindən yaradıcılıqla yararlanmaq çox vacibdir.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və yenilməz sərkərdəliyi ilə xalqımızın Böyük Qələbə qazandığı Vətən müharibəsindən sonra Böyük və əbədi Qayıdışa zəmin yaradıldı.
Otuz il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. Erməni vandalizminin izləri yavaş-yavaş silinir. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrastrukturu yaradılır, yüksəkgərginlikli elektrik xətləri çəkilir, yeni yarımstansiyalar inşa olunur. Bu genişmiqyaslı prosesdə xarici ölkələrin şirkətləri də yaxından iştirak edirlər. Əlbəttə, Qarabağın bərpası təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadiyyatının mühüm tikintisi olacaq, regional əməkdaşlığın daha da güclənməsinə təkan verəcək.
Ümumiyətlə, işğaldan azad olunmuş ərazilərin bərpası Prezident İlham Əlyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapmışdır. Bu məsələnin növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi ölkə rəhbərliyinin məsələyə böyük əhəmiyyət verdiyini təsdiqləyir. Ölkə başçısı xüsusilə vurğulamışdı ki, məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya niyyətimizin həyatda öz əksini tapdığını, planlarımızın həyatda gerçəkləşdiyini görəcək. Şübhə yoxdur ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi xalqımızın çoxəsrlik tarixində mühüm yer tutur. Dövlət sərhədlərini bərpa edərək, Azərbaycan xalqı son əsrdə hərbi və diplomatik sahədə ən böyük qələbəni qazanmışdır. Qələbəni əbədiləşdirmək üçün köçkünlərin yurdlarına qayıtması təmin ediləcək. Ən əsası, böyük bərpa prosesinin vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə daxil edilməsində mühüm körpü olacağı heç kimdə şübhə doğurmur.
…Qarabağın və Şərqi Zəngəzurun cənnətməkana çevriləcəyi günlər uzaqda deyil. O yerlərin dirçəldilməsi, yüz minlərlə soydaşımızın tarixi ata-baba yurduna qayıdıb, yeni həyata başlaması ilə torpaqlarımızın yaraları sağalacaq, təbiətimiz canlanacaq, iqtisadiyyatımız güclənəcəkdir. Böyük və əbədi Qayıdışa yaradılan möhkəm zəmin bunu deməyə əsas verir.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev mərkəzinin direktoru

 

ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası və uğursuz ermənipərəst fəaliyyəti

Ermənistanın bu çoxsaylı beynəlxalq cinayətlərinin qarşılığında biz nəyin şahidi olduq? Otuz ildən artıqdır ki, erməni vandalizmi davam edir. Təcavüzkara qarşı heç bir təzyiq olmadı, dünya birliyi, xüsusilə münaqişənin nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupu Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini bütün dünyanın gözü qarşısında baş verən bu qanlı terror hadisələrinə seyrçi mövqedən yanaşdı.
Qeyd etmək lazımdır ki, 1992-ci il martın 24-də ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupun 1997-ci ildən həmsədrləri (ABŞ, Fransa və Rusiya) münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıb. ATƏT-in Minsk qrupuna həmsədrlik edən böyük dövlətlər münaqişədə kimin haqlı olduğunu gözəl başa düşürlər. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum 4 qətnamədə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilir. Lakin tərəfsiz vasitəçilik missiyasını üzərinə götürmüş həmsədrlər Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, Minsk qrupunun qəbul etdiyi sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Bundan əlavə, əgər münaqişə tərəfləri öz aralarında razılığa gələ bilirdilərsə, onda Minsk qrupunun yaradılması nə məqsəd daşıyırdı və bu qurumun keçən dövr ərzində apardığı çoxsaylı danışıqların mənası nə idi?
Eyni zamanda, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna ciddi xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də artıq heçə endirib. Bu səbəbdən, beynəlxalq birlik təcavüzkarı öz adı ilə çağırmalı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən ətraf 7 rayondan etnik təmizləməyə məruz qalmış və öz doğma yurdlarından məcburən köçkün düşmüş azərbaycanlıların hüquqlarının bərpa olunmasına çalışmalıdır. Ancaq Minsk qrupu yarandığı vaxtdan indiyədək qəbul etdiyi sənədlərdə bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətindən nəinki danışılmır, əksinə, müxtəlif vaxtlarda digər beynəlxalq təşkilatların da işğal faktının əks olunduğu sənədlərin qəbul edilməsinə etiraz edərək məsələnin yalnız Minsk qrupu çərçivəsində həll edilməsinə üstünlük verib, daha doğrusu, Azərbaycanın işğal edilmiş əraziləri terminini qəbul etməyiblər. Bu cür mövqe Ermənistanı daha da şirnikləndirməklə yanaşı, açıq formada olmasa da, mövcud işğal rejiminin qorunub saxlanılmasına yönəlmiş dəstək kimi qəbul edilməlidir.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Regionda dayanıqlı inkişaf, sülh və təhlükəsizlik təmin edilməlidir

Rəsmi Bakı 10 noyabr tarixli Bəyanatın mühüm əhəmiyyət kəsb etməsinə diqqət çəkir. Və bu bəyanatın əslində bütün vacib elementləri əhatə etdiyini, həmçinin Dağlıq Qarabağ münaqişəsinin yekunlaşdığını göstərir. Azərbaycan Bəyanatdan irəli gələn bütün müddəaları icra edir. İndi yüz minlərlə qaçqın və məcburi köçkünün doğma yurd yerlərinə qayıtmaq imkanı var. Müharibədən sonra regionda yaranan yeni reallıqlar yeni perspektivlərə yol açır. Rəsmi Bakı əmindir ki, bu gün diqqətlər müharibədən sonrakı inkişafa və əməkdaşlığa yönəldilməlidir. Diqqətlər gələcək barışığa apara biləcək, təhlükəsizliyi təmin edəcək elementlər üzərində cəmləşdirilməlidir.
Təəssüf ki, Ermənistanda parlament seçkiləri ərəfəsində revanşist hisslərin gücləndirilməsi və bir-birini aradan qaldırmağa hazır olan bütün siyasi qüvvələri birləşdirən yeganə amilin azərbaycanofobiya üzərində qurulması bölgədə vəziyyəti yenidən gərginləşdirməyə xidmət edir. Əslində bu ölkənin bütün siyasi qüvvələri uzun illər ərzində Azərbaycanı erməni cəmiyyətinə düşmən kimi təqdim edib, ictimai rəyi çaşdırmaqla xalqımızla bağlı tamamilə mənfi fikirlər yaradıblar. Bu gün də belədir. Daxili siyasi təbliğat səbəbindən bu ölkənin sadə insanları həqiqətlərdən təcrid olunublar. Ermənistan cəmiyyəti bilməlidir ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Tarixə və beynəlxalq hüquqa əsasən Azərbaycana məxsus olan əraziləri geri qaytardı. Rəsmi Bakının tələbi legitim idi. Bir milyon azərbaycanlı öz evlərinə qayıtmalı idi. Beynəlxalq hüququ pozan və Azərbaycan ərazilərini işğal edən ölkə Ermənistan idi.
Ermənistan yarandığı ilk günlərdən terrora dövlət səviyyəsində dəstək verib. Ermənilər tarixin müxtəlif dövrlərində Azərbaycan xalqına qarşı kütləvi qətliamlar törədib. Soyqırımı aktları həyata keçiriblər.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Azad olunmuş ərazilərin bərpası Azərbaycanı daha da gücləndirəcək

Otuz il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. Erməni vandalizminin izləri yavaş-yavaş silinir. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrastrukturu yaradılır, yüksəkgərginlikli elektrik xətləri çəkilir, yeni yarımstansiyalar inşa olunur. Bu genişmiqyaslı prosesdə xarici ölkələrin şirkətləri də yaxından iştirak edirlər. Əlbəttə, Qarabağın bərpası təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadiyyatının mühüm tikintisi olacaq, regional əməkdaşlığın daha da güclənməsinə təkan verəcək.
Ümumiyətlə, işğaldan azad olunmuş ərazilərin bərpası Prezident İlham Əlyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapmışdır. Bu məsələnin növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi ölkə rəhbərliyinin məsələyə böyük əhəmiyyət verdiyini təsdiqləyir. Bununla bağlı Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın işğaldan azad olunmuş ərazlilərin bərpası ilə əlaqədar böyük planı var: “Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır”.
Ölkə başçısı xüsusilə vurğulamışdı ki, məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya niyyətimizin həyatda öz əksini tapdığını, planlarımızın həyatda gerçəkləşdiyini görəcək. Şübhə yoxdur ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi xalqımızın çoxəsrlik tarixində mühüm yer tutur. Dövlət sərhədlərini bərpa edərək, Azərbaycan xalqı son əsrdə hərbi və diplomatik sahədə ən böyük qələbəni qazanmışdır. Qələbəni əbədiləşdirmək üçün köçkünlərin yurdlarına qayıtması təmin ediləcək. Ən əsası, böyük bərpa prosesinin vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə daxil edilməsində mühüm körpü olacağı heç kimdə şübhə doğurmur.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

Vətən müharibəsində qələbəmiz tarixin ən şanlı səhifələrindəndir

Ermənistan tərəfindən neçə illər ərzində Azərbaycan torpaqlarının işğal atlında saxlanıması region üçün böyük təhlükə törədirdi. Bu illər ərzində Azərbaycan torpaqlarının qeyri şərtsiz azad olunması ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərə məhəl qoymayan işğalçı qüvvələr, dəfələrlə müxtəlif vaxtlarda dövlət sərhəddində təxribatlar törədir, öz mənfur planlarını həyata keçirməyə çalışırdılar. Otuz ilə yaxın bir müddətdə Azərbaycan tərəfi problemin sülh yolu ilə həllinə çalışsa da, düşmən tərəfi hər dəfə danışıqlarda konkret addımlar atmaqdan yayınmış, müxtəlif bəhanələrlə işğalçılıq siyasətini davam etdirməyə çalışmışdır. 2016-cı ildə yaşanan aprel döyüşlərindən sonrakı dövrdə mütəmadi ətəşkəsin pozulma halları olsa da son zamanlar bu təxribatlar daha geniş və intensiv hal almışdır. Növbəti belə təxribat 27 sentyabrın 2020-ci il tarixdə səhər saatlarında genişmiqyaslı hücumlar təşkil etməklə başladı. Düşmən təxribatına cavab olaraq Azərbaycan Ordusu bu təxribatın qarşısını almaqla əks-hücum əməliyyatlarına başladı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində düşmənin müdafiə xətti yarılaraq onlara məxsus yüzlərlə hərbi texnika və infrastruktur məhv edildi. Minlərlə canlı qüvvə itirən düşmən rəşadətli ordumuzun ağır zərbələrinə tab gətirməyərək, hərbi texnika və silah-sursatı döyüş meydanında qoyaraq qaçmağa, on illərlə işğal etdiyi və nəzarətdə saxladığı mövqelərdən geri çəkilməyə məcbur oldu. 44 gün davam edən haqq savaşımız ölkəmizin qələbəsi, ərazi bütövlüyümüzün tam şəkildə bərpa olunması ilə nəticələndi. Möhtəşəm qələbəmiz Ermənistanın necə aciz, zəif və rəzil olduğunu bütün dünyaya sübut etdi.

Ələkbər Kərimov-Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı

 

Rəsmi İrəvanın səriştəsizliyi və məkrli niyyətləri Ermənistanı qaçılmaz məğlubiyyətə gətirdi

2020-ci il Sentyabrın 27 səhər saatlarından başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmrilə Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının təmas xəttində sıx məskunlaşma olan kəndləri ilə yanaşı, cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrinin mülki infrastruktur obyektlərini ballistik raketlərlə, fosforlu və kasetli bombalarla, klaster silahlarla atəşə tutaraq mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə başladı.
Ərazisinə minlərlə mərmi düşən Tərtər şəhəri İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhərinə bənzəyirdi. Erməni silahlılarının bu vandallıqları Ali baş komandanın əmri ilə Azərbaycan Ordusunu əks tədbirlər görməyə vadar etdi. Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar olaraq, cənab Prezidentimizin fərmanı ilə 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi. 28 sentyabrda imzalanmış sərəncama görə isə respublikada qismən səfərbərlik elan edildi. Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir Yumruq” əməliyyatının ilk günlərində Füzuli və Tərtər rayonları istiqamətində, o cümlədən Murovdağda bir çox strateji məntəqələr azad edilərək irimiqyaslı hərbi əməliyyatlar davam etdirildi.
44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu və xalqı tam Zəfər qazandı və torpaqlarımız düşmən tapdaqından azad oldu.

Rahil Nağıyev – Vətən müharibəsi iştirakçısı

 

Ermənistan Azərbaycan-Ermənistan sərhədində hərbi təxribat törətmişdir

2020-ci ilin sentyabrında Azərbaycan xalqı üçün bütün arzuların adı Vətən oldu. Hər kəs bu hisslərlə yaşayırdı. Otuz ilə yaxın erməni qəsbkarlarının işğalında qalmış torpaqlarımızı qısa müddətdə azad etmək üçün Azərbaycan bir yumruq kimi birləşdi. Sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələri yenidən atəşkəs rejimini pozdular. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatına başlamalı oldu. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətində dedi: “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var”.
Prezidentimiz cənab İlham Əliyev qismən səfərbərlik elan etdi. Və Azərbaycan xalqı Ali Baş Komandanın bu əmrini böyük coşqu ilə qarşıladı.
Vətən müharibəsi 44 gün davam etdi. Otuz ilə yaxın davam edən erməni işğalına son qoyuldu. Azərbaycan dövlətinin, Azərbaycan xalqının bu müharibədə zəfər çalmasının ən başlıca səbəbi inam idi. Haqq yolunda irəlilədiyini, ədalətlə mübarizə apardığını bilməyimiz bizim ən böyük gücümüz oldu.

Elvin Xəlilov-Vətən müharibəsi iştirakçısı

 

Rəsmi İrəvanın səriştəsizliyi və məkrli niyyətləri Ermənistanı qaçılmaz məğlubiyyətə gətirdi

Azərbaycan xalq və dövlət olaraq Vətən müharibəsinə mənəvi cəhətdən hazır idi. Xalq uzun illər idi ki, Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı Vətən torpaqlarının geri alınacağı günü gözləyirdi. Hər il ərazilərimizin işğal günlərini qeyd etmək bizim ruhumuzu sıxır, qürurumuzu incidirdi. Təqvimdən bu qara ləkəni silmək, yeni tarixlər – Zəfər tarixləri yazmaq ən böyük amalımızdı. Odur ki, Vətənin qəhrəman övladları ilk gündən könüllü ordu sıralarına yazılaraq cəbhəyə yollandılar. Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri işğalçı Ermənistan silah qüvvələrinə qarşı döyüşdü. Azərbaycan əsgəri və onun cəsur komandirləri əsl qəhrəmanlıq göstərdilər. Ancaq o 44 gün davam edən döyüşlərdə iştirak etməyənlər, əlinə silah almayanlar da  özlərini Azərbaycan əsgərləri kimi hiss etdilər. Xalqın dilinin əzbəri, gözlərinin nuru, qəlbinin ən böyük sevgisi Vətən oldu. Haqq savaşında qalib gələcəyimizin xəbərini anbaan gözlədik.
Dövlət başçımız hər zaman açıqlayırdı ki, bizim güclü ordumuz var. Bu möhtəşəm gücü, qüvvəni də Vətən müharibəsi başladığı ilk vaxtdan gördük. Azərbaycan Ordusu döyüşlərdə  ən müasir silahlardan istifadə etdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə reallaşdırdı. Silahlı Qüvvələrimiz illərdir Ermənistan ordusunun güclü olduğu barədə uydurduğu mifi darmadağın etdi.

Kərim Umudov-Çallı kənd sakini, ağsaqqal

 

Rəsmi İrəvan 30 il ərzində münaqişənin sülh yolu ilə həll olunmasından yayınırdı

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələri darmadağın edərək, böyük zəfərə imza atdı.
Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Ali Baş Komandanını dəstəklədiyinin, onun ətrafında sıx birləşdiyinin şahidi oldu.
Döyüşdə uduzan, məğlub olan Ermənistanın öz müqavimətini dayandırmaqdan, Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməkdən başqa çarəsi qalmadı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi idi. Yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlarla, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları ilə ordumuzun tamamilə modernləşdirilməsi Azərbaycanda ordu quruculuğu istiqamətində görülən ciddi tədbirlərdir. Belə olmasaydı, hazırda Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini təkbaşına reallaşdıra, hərb meydanında düşmənə qalib gələ, cəbhə xəttinin bütün istiqamətlərində əməliyyat şəraitinə tam nəzarət edə bilməzdi.

Cavid Nuriyev-Vətən müharibəsi iştirakçısı

 

Regionun surətli inkişafı üçün bölgədə dayanaqlı sülh təmin olunmalıdır

Azərbaycan ordusu Qarabağın mədəniyyət mərkəzi  olan Şuşa şəhərini azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Şuşanın alınması xəbərini eşidən biz, Azərbaycan xalqı böyük həyəcan və sevinc hissi ilə bayram etdiyimiz günlərdə daha böyük bir qələbə xəbəri verən prezidentimiz cənab İlham Əliyev dünyaya əsrin zəfərini bəyan etdi. 10 noyabr tarixi Azərbaycan tarixində Şanlı Zəfər tarixi kimi iz saldı.
Düşmən Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirir.
Danışıqlar prosesində Azərbaycanın əzəli və əbədi torpaqlarının qeyd şərtsiz geri qaytarılması təklifini birmənalı rədd edən və işğalçılıq əməllərindən qalmayan  Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, onların xülyaları,  Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz.

Abbas Nağıyev-Dəli Quşçu kənd sakini, ağsaqqal

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki