image-qanunla-reklam
image-1720259900_17202553882388025900_1200x630

Prezident İlham Əliyevin Sammitdə diqqət yönəltdiyi digər mühüm məsələ Azərbaycanın gələn ay COP29-a ev sahibliyi oldu

image-lady-day-az

Prezident İlham Əliyevin Sammitdə diqqət yönəltdiyi digər mühüm məsələ Azərbaycanın gələn ay COP29-a ev sahibliyi oldu

Dövlətimizin başçısı çıxışlarında Azərbaycanın iqtisadi tərəqqisindən danışarkən daim diqqəti yol-nəqliyyat infrastrukturuna yönəldir. Yeni dövrün yeni hədəflərini açıqlayan dövlət başçısı İlham Əliyev bu çağırışı etmişdir ki, bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Bizə həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur. Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturu işlək vəziyyətdədir. Sadəcə olaraq bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və biz bunu da edirik: “Bizim üstünlüyümüz ondan ibarətdir ki, biz vaxtilə bütün lazımi infrastruktur layihələrini icra etmişik, həm Xəzər dənizində, həm dəmir yolu infrastrukturunda, həm avtomobil yolları, həm dəniz limanı, gəmiqayırma zavodu, hansı ki, bu gün tam gücü ilə işləyir. İlk dəfə olaraq, o zavod işə salınanda sifarişlər onu 100 faiz işlə təmin edib.” Bu məqam da qeyd edilir ki, səkkiz beynəlxalq aeroportumuz var. Doqquzuncu hava limanı Laçında inşa edilir. Beynəlxalq təcrübəyə əsaslanaraq  tranzit ölkə kimi öz imkanlarımızı təqdim edirik. Bundan həm iqtisadi, həm siyasi dividendlər qazanacağıq. Azərbaycanın rolu daha da artır.

Prezident İlham Əliyevin Sammitdə diqqət yönəltdiyi digər mühüm məsələ Azərbaycanın gələn ay COP29-a ev sahibliyi oldu. Ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi olan bu mühüm tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri işlər görülüb. Bakı iki həftə dünyanın ekoloji mərkəzinə çevriləcək.  Bu tədbir  ölkəmizin qlobal problemlərinin həllində məsuliyyətli və etibarlı tərəfdaş statusunu bir daha təsdiqləyəcək. Dövlətimizin başçısı İlham Əliyev XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında bildirdi ki, növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Azərbaycan artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verir.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Sammit əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş də Bakının sülh təşəbbüslərinin bir elementidir

Avropa və Asiyanın qovuşuğunda yerləşən, Şərq və Qərb dövlətləri ilə həm ikitərəfli, həm də müəyyən ittifaqlar çərçivəsində güclü əlaqələr qurmağı bacaran Azərbaycanın multilateralizm prinsipini əsas götürərək çoxtərəfli diplomatiya həyata keçirməsi olduqca məntiqlidir. Ölkəmizin milli maraqlarını qorumaq şərti ilə müxtəlif birliklərdə təmsil olunması balanslı xarici siyasət kursunun dəyişməzliyindən xəbər verir. Bu mənada Bakının BRICS çərçivəsində əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiqdirlər. Platforma dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır. Bütün bunlar Azərbaycanın milli maraqlarına cavab verən faktorlar olduğu üçün ölkəmiz “Outreach”/“BRICS+” formatında təmsil olunmaq istəyini ifadə edib.

Prezident İlham Əliyevin Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirakı Azərbaycana və onun liderinə ehtiramın göstəricisidir: “2006-cı ildə yaradılan və hazırda 9 üzvü olan BRICS-in sonuncu sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreşin qatılması onun artan nüfuzundan xəbər verir. Dünyanın aparıcı siyasi, iqtisadi ittifaqlarının Azərbaycanı öz sıralarında görmək istəmələri və buna can atmaları təbiidir. Ölkəmiz dünyada böyük nüfuza sahibdir və etibarlı tərəfdaş kimi qəbul olunur. Beynəlxalq nüfuzumuzu və təcrübəmizi nəzərə alan BRICS ölkələri Azərbaycan Prezidenti İlham Əliyevi Kazan şəhərində keçirilən sammitdə görməkdən çox məmnun oldular. BRICS platforması geniş iqtisadi imkanlar və fürsətlər blokudur. Bu platformanın siyasi prinsipləri qarşılıqlı hörmət və yaxın dostluq məramlarına söykənir, üzv ölkələr arasında bərabərhüquqlu, etimad, dəstək və həmrəylik ruhunu möhkəmləndirir, iqtisadi münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldir.

Prezident İlham Əliyevin XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında yeni iqtisadi inkişaf istiqamətləri, beynəlxalq əməkdaşlığın əsas vektorları, o cümlədən Azərbaycanın qlobal təşəbbüsləri barədə çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb: “Gələn ay Bakı beynəlxalq iqlim konfransına – COP29-a ev sahibliyi edəcək. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. BRICS-ə üzv dövlətlərin öz iqtisadi resurslarını dünya bazarına çıxarması onların Azərbaycanın tranzit imkanlarından istifadə etməsini zəruri edir. Eyni zamanda, ölkəmiz uğurlu hərbi əməliyyat həyata keçirməklə torpaqlarımızı azad edib, 30 illik işğala son qoyub və regionda yeni reallıqlar yaradıb. Ölkəmizin irəli sürdüyü sülh təşəbbüsü dünya dövlətləri tərəfindən müsbət qarşılanıb. BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş də Bakının sülh təşəbbüslərinin bir elementidir. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib”.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd sakini fəal gənc

 

 

120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatı ilə Azərbaycanın əlaqələrinin yüksələn xətlə inkişafı keçilən yolun təhlili əsasında aydın görünür

Dövlət başçısı İlham Əliyev bu günlərdə Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında Azərbaycanın  beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olduğunu əsaslı şəkildə diqqətə çatdırdı. Bu mühüm reallıq xüsusi vurğulandı ki, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib.  Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.

120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatı ilə Azərbaycanın əlaqələrinin yüksələn xətlə inkişafı keçilən yolun təhlili əsasında daha aydın görünür. Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olub. Qurumda 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat isə Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir. Bunları sadalamaqla Azərbaycanın qurumda, həmçinin Hərəkatın üzv dövlətləri ilə münasibətlərdə böyük nüfuza, etimada malik olduğunu bir daha qeyd edə bilərik. Azərbaycan qlobal problemlərin həllində liderliyini nümayiş etdirən ölkə kimi nüfuz qazanıb. 2019-cu ilin sonlarından, koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı gündən cənab İlham Əliyev «Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir” söyləyərək  birgə  addımların atılmasını əsas amil kimi önə çəkdi. Dövlətimizin başçısının təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının  keçirilməsi bunun bariz nümunəsidir.

Cənab İlham Əliyevin  Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər daim həm Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb.

Bu mühüm məqamı da qeyd edək ki, hər bir beynəlxalq əhəmiyyətli tədbir artıq tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin və hazırda yeni reallıqlar fonunda sülh müqaviləsinin imzalanmasına göstərilən səylərin təqdimatında öz sözünü deyir. Bu baxımdan XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası diqqətdə oldu. Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş oldu. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki