image-qanunla-reklam
image-1621946089-3fc13a70-b846-3c23-a615-c8adf7f2ed9c

Prezidentdən Şuşa və Ağdam şəhərləri ilə bağlı AÇIQLAMA

image-lady-day-az

Şuşa və Ağdam şəhərlərinin baş planlarının hazırlanması istiqamətində ciddi işlər gedir.

Qanunla.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də “Signify” – əvvəlki adı “Philips Lighting” olan şirkətin baş icraçı direktoru Erik Rondolatı və şirkətin rəhbərliyinin digər nümayəndələrini qəbul edərkən deyib.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən danışan dövlət başçısı bildirib ki, Şuşa və Ağdam şəhərlərinin baş planlarının hazırlanması istiqamətində ciddi işlər gedir və “Signify” şirkətinin baş planların hazırlanması mərhələsində bu prosesə qoşulması məqsədəuyğundur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki