image-qanunla-reklam
image-cavid-ebdul-qedirov

Prezidentin başçı təyin etdiyi Əbdül-Qədirov kimdir?

image-lady-day-az

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Cavid Teyrun oğlu Əbdul-Qədirov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qanunla.Az xəbər verir ki, Cavid Əbdül-Qədirov 1984-cü ildə Bakı şəhərində anadan olub.

2004-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin bakalavr, 2007-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2008-2013-cü illərdə Səhiyyə Nazirliyi-HİV/AİDS, vərəm və malyariya ilə mübarizə üzrə Proqramın layihə Əlaqələndirmə Bürosunda maliyyə mütəxəssisi, direktor, 2013-2018-ci illərdə isə “RMDM” ASC-baş direktorun müavini, baş direktor vəzifələrində işləyib.

2018-ci ildə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2018-2020-ci illərdə Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi, 2020-2021-ci illərdə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

2021-ci ildən etibarən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatı rəhbərinin müavini vəzifəsində çalışırdı.

İngilis, rus dillərini sərbəst bilir.

Ailəlidir, iki övladı var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki