Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan-Qazaxıstan diplomatik əlaqələrinin 30 illiyi münasibətilə Dənizkənarı Milli Parkda qurulmuş “Qazax yurtası” ilə tanış olublar.
Bu barədə Qanunla.Az Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir.