image-qanunla-reklam
image-1592373481-1565545563-modern-az_bicaqla_qa_ba_565-1

Prokurorluq Bakıda arvadını öldürən şəxslə bağlı MƏLUMAT YAYDI

image-lady-day-az

İyulun 8-i saat 17 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1986-cı il təvəllüdlü Elnarə Musayevanın qəsdən öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Qanunla.Aza Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Yadigar Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı Elnarə Musayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürmüş, daha sonra həmin bıçaqla özünə xəsarət yetirib.

Yadigar Cəfərov 3 saylı Klinik Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki