image-qanunla-reklam
image-bayden-putin

Putin Baydenlə görüşəcək: Vaxtı razılaşdırıldı

image-lady-day-az

Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Co Bayden arasında videobağlantı vasitəsilə görüşün vaxtı şərti olaraq təsdiqlənib.

Qanunla.Az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

“Biz Putin və Bayden arasında videokonfrans formatında əlaqə saxlamaq imkanları üzərində işləyirik. Üstəlik, bu təmas yaxın bir neçə gün ərzində baş tuta bilər. Bu videokonfrans üçün konkret tarix və vaxtımız var. Amerika tərəfi ilə bütün parametrlərin yekun razılığını gözləmək daha yaxşıdır, sonra biz bunu rəsmən elan edə biləcəyik”, – Uşakov qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki