Nə qədər çalışsaq da, taxıl dəhlizi məsələsini belə həll edə bilmədik.
Qanunla.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Halbuki Afrika, bütün bölgə taxıl istədi, ancaq biz lazımi miqdarda taxılı çatdıra bilmədik. 30 milyon ton taxılda ilişdik. Hörmətli Rusiya Prezidenti Vladimir Putinlə görüşəndə dedi ki, taxıl verməyə hazırıq, eyni sözü ukraynalı həmkarı Vladimir Zelenski də təkrarladı. Ancaq “verin” dediyimizdə təəssüf ki, ala bilmədik. Putin, xüsusilə, taxıl dəhlizindən Avropa Birliyinə taxıl ötürülməsinin tərəfdarı olmadığını dedi. O, kasıb ölkələrə taxıl verilməsindən yana olduğunu söylədi”, – Ərdoğan qeyd edib.
O, sözügedən məsələ ilə bağlı danışıqların davam etdiyini bildirib.