image-qanunla-reklam
image-putin-lukashenko1

Putin dəstəyi dayandırsa, 3 istiqamətdən zərbə olacaq

image-lady-day-az

Rusiya Prezidenti Vladimir Putinin xarici təzyiqlərin fonunda Minskə dəstəyini davam etdirəcəyinə dair açıqlaması mövcud vəziyyətdə Belarus üçün son dərəcə vacibdir.

Qanunla.Az xəbər verir ki, bu açıqlama ilə rusiyalı siyasi ekspert Nikolay Mejeviç çıxış edib.

“Əgər hansısa səbəbdən Rusiyanın bu dəstəyi verməyəcəyini düşünsək, o zaman Belarusun taleyi üç istiqamətdən – qərb, şimal və cənubdan gələcək zərbə ilə həll ediləcək. Respublika təkbaşına bu zərbələrə tab gətirməyəcək.

Hazırda bu zərbələrin əvəzində Kiyev, Varşava, Vilnüs, Riqadan yalnız dişlərin acıqlı qıcırtısını görürük. Bu ona görə belədir ki, hər kəs bilir – Minskin yanında Moskva var. Belarusa hücum Rusiyaya hücum deməkdir”, – Mejeviç qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki