image-qanunla-reklam
image-2021-12-09t135638z_789589338_rc21br9d342u_rtrmadp_3_ukraine-crisis-russia-artillery

Putin dünyanın “ən hörmətli 10 kişisi”ndən biri seçilib

image-lady-day-az

Rusiya prezidenti Vladimir Putin 2021-ci ildə dünyanın ən hörmətli 10 adamı sırasına daxil olub.

Qanunla.Az  xəbər verir ki, bununda da o, bu il üç pillə irəliləyərək doqquzuncu yerə yüksəlib.

Qeyd edək ki, bu barədə nəticələri “YouGov” yayıb.

Ən hörmətli kişilər və qadınların reytinqində liderliyi ötən il olduğu kimi, müvafiq olaraq, ABŞ-ın keçmiş prezidenti Barak Obama və həyat yoldaşı Mişel tutub.

Dünyanın ən yaxşı onluğuna həmçinin Bill Qeyts, Çin prezidenti Si Cinpinq, futbolçular Kriştiano Ronaldo və Lionel Messi, aktyor Ceki Çan, SpaceX-in yaradıcısı İlon Mask, Hindistanın baş naziri Narendra Modi və Alibaba-nın qurucusu Cek Ma daxildir. ABŞ-ın keçmiş və indiki prezidentləri Donald Tramp və Co Bayden müvafiq olaraq 13-cü və 20-ci yerləri tutublar.

Ən çox hörmət edilən qadınlar isə Ancelina Coli, Böyük Britaniya kraliçası II Yelizaveta, teleaparıcı Opra Uinfri, aktrisalar Skarlett Yohansson, Emma Uotson, Priyanka Çopra, müğənni Teylor Svift, keçmiş kansler Angela Merkel və hüquq müdafiəçisi  Malaelle  seçilib.

Sorğu bu ilin yazından keçirilib və 38 ölkə və ərazidə 42 mindən çox insan iştirak edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki