Rusiya Federasiyasının prezidenti Vladimir Putin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla heç bir ilkin şərt olmadan görüşməyə hazırdır.
Qanunla.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə Trampın Putinlə görüş planları ilə bağlı bəyanatlarını şərh edərkən bildirib.
Diplomatın sözlərinə görə, bu cür təmasların təşkili Vaşinqtonun istəyi və siyasi iradəsini tələb edir: “Prezident Putin dəfələrlə bəyan edib ki, o, beynəlxalq liderlərlə, o cümlədən ABŞ prezidenti Donald Trampla təmaslara açıqdır. Bunun üçün heç bir ilkin şərt tələb olunmur. Dialoq aparmaq və mövcud problemləri dialoq yolu ilə həll etmək üçün bizə qarşılıqlı istək və siyasi iradə lazımdır”.