image-qanunla-reklam
image-bayden-putin

Putin heç dəyişməyib, Bayden səhv edəcək… – Sallivan

image-lady-day-az

Ağ Ev Vladimir Putin və Co Baydenin Cenevrədə görüşəcəyini elan edər-etməz ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan senatorlara bununla bağlı narahatlığını dərhal çatdırıb.

Qanunla.Az xəbər verir ki, bu barədə CNN-nin məlumatında deyilir.

Belə ki, səfir ABŞ-ın Rusiyaya qeyd-şərtsiz güzəştə gedəcəyindən ehtiyat edib.

Həmin ərəfədə Senatın beynəlxalq əlaqələrlə bağlı baş tutan iclasında C.Sallivan Putinin ABŞ-la pis rəftər etdiyini, Bayden administrasiyasının sələflərinin səhvlərini təkrar etmək təhlükəsi yarandığını bildirib.

Diplomat Baydenin situasiyanı ayıq başla qiymətləndirməsi gərəkdiyini əlavə edib:

“Hazırki və bundan öncəki administrasiyaların bütün cəhdlərinə (sanksiya, diplomatik manevrlər – red.) baxmayaraq, Putin əslində heç dəyişməyib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki