image-qanunla-reklam
image-img_20211203_203406

Putin Hindistana gedir: sazişlər paketi imzalanacaq…

image-lady-day-az

Rusiya Prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi arasında danışıqların yekununda müxtəlif sahələr üzrə sazişlər paketi imzalanacaq.

Qanunla.Az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

“Çox mühüm, o cümlədən yarımqapalı olmaqla 10-a yaxın ikitərəfli saziş imzalanacaq. Bu sazişlər üzərində hələ də iş gedir. Əminik ki, səfər kontekstində sazişlər paketi yekunlaşdırılacaq”, – o deyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin dekabrın 6-da Hindistana səfəri gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki