image-qanunla-reklam
image-1640333416_skynews-vladimir-putin-russia_5623817

“Putin NATO-nun genişlənməsini təhqir kimi qəbul edir…” – “Sky News”un Moskva müxbiri

image-lady-day-az

Vladimir Putin Şimali Atlantika Alyansının ölkəsinin sərhədlərinə yaxınlaşmasından ciddi narahatdırOmətbuat konfransından bu məsələnin əhəmiyyətinə diqqət çəkmək və Avropada təhlükəsizlik arxitekturasına öz baxışını irəli sürmək üçün istifadə edib”.

 

Qanunla.Az bildirir kibunu illik böyük mətbuat konfransında Rusiya prezidentinə sual verməyi bacaran Amerikanın Sky News” telekanalının Moskva müxbiri Diana Maqney deyibOnun sözlərinə görə, Ukrayna ilə bağlı artan gərginlik fonunda Vladimir Putin bildirib kiRusiya heç kəsi təhdid etmir və növbəti addım Qərbin əlindədir.

 

Qeyd edək kiRusiya prezidenti ilin yekunlarına dair mətbuat konfransında çıxış edibSky News” telekanalının Moskva müxbirinin canlı efirdəki sualından sonra Vladimir Putin belə desəkqızışıbDiana Maqneyin Rusiya prezidentinin mətbuat konfransında ona dedikləriylə bağlı Sky News” telekanalında bildirdiyi münasibəti oxucularımıza təqdim edirik:

Mənə elə gəlir kiVladimir Putinin NATOnun Şərqə doğru genişlənməsini özü üçün nə dərəcədə təhqir saydığı açıqaydın görünürBunun sadəcə bir bəhanə olduğunu deməzdim. Düşünürəm ki, o, Sovet liderlərinə NATO-nun Şərqi Almaniyadan kənarda qoşun yerləşdirməyəcəyinə dair vəd verildiyinə səmimi şəkildə inanır. O, mənə Rusiyanın təhlükəsizliyini riskə atan NATO-nun genişlənməsinin beş dalğasından danışdı. Və açıq-aydın o, indiki məqamı seçib ki, bu problemi həll etməyə çalışsın və əslində Avropa təhlükəsizlik arxitekturasını yenidən qursun və fikrimcə, bunu həyata keçirmək son dərəcə çətin olacaq.

 

Biz bu yaxınlarda Rusiyanın Vaşinqtona və NATO-nun Brüsseldəki mənzil-qərargahına göndərdiyi təhlükəsizlik təminatı ilə bağlı təklifləri gördük. Anladığımız kimiRusiya ilə NATO arasında təhlükəsizlik təminatları, əslində isə Avropa təhlükəsizliyi ilə bağlı bu təkliflər üzrə danışıqlar 2022-ci ilin əvvəlində başlayacaqBununla belə, Vladimir Putinin onların nəticələrindən razı olubolmayacağı böyük sual olaraq qalırAxı bu təkliflərdə NATOnun onlarla heç vaxt razılaşmayacağı çox məqamlar var.

 

MəsələnUkraynanın Şimali Atlantika Alyansına daxil olmasına qoyulan vetoBu qərar suveren dövlətin öz ixtiyarındadırAlyans həmçinin 1997-ci ildən sonra NATOya daxil olan ölkələrdən qoşunların çıxarılmasına razı olmayacaqSual oluna bilər kiPutin nəyə nail olmaq istəyirOdanışıqlar üçün ya yüksək ilkin səviyyə yaratmaq istəyirya da bu şərtlərin heç vaxt yerinə yetirilməyəcəyini bilə-bilə müharibəyə bəhanə axtarır.

 

Mən belə hesab edirəm kimətbuat konfransındakı suallarımın birində diqqət çəkən daha bir çətin məqam varOhəmişə deyə bilər kiDonbasdakı Rusiya vətəndaşları – onun yerli sakinlərin əksəriyyətinə vətəndaşlıq verdiyini nəzərə almaq lazımdır – təxribat təhlükəsi gözləyir.

 

O bildirdi kionları soyqırım təhlükəsi gözləyirancaq buaçıqaşkar yalandırODonbas sakinlərindən öz xalqı qarşısında bəhanə kimi istifadə edə bilər kionların köməyinə gəlsinlərAxı obu mətbuat konfransında bildirdi: “Bizi Krımda belə etmək məcburiyyətində idik.

 

Unutmayın: ilk növbədə, bu mətbuat konfransı, mahiyyətcə, Putinin öz xalqına müraciət etmək üsuludur. Orada az sayda xarici jurnalist iştirak edirdi və mən sual verənlərdən biri oldumZaldakıların böyük əksəriyyəti Rusiyanın bütün regionlarından gələn yerli jurnalistlər idi. Və burada o, (Putin  red.) özünü NATO təcavüzünün qurbanı kimi qələmə verdi və açıq şəkildə bildirdi ki, Rusiya məcbur edilərsə, Donbasda problemlə üzləşə biləcək Rusiya vətəndaşlarını müdafiə etməli olacaq.

 

Və mən düşünürəm ki, 2022-ci ilin əvvəlində danışıqlar başlayanda Qərb çox çətin vəziyyətdə qalacaq və nəzərə alaq ki, Rusiya Ukrayna ilə sərhədində çox ciddi hərbi mövcudluğunu saxlamaqda davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki