Rusiya Prezidenti Vladimir Putin ordunun qarşısına Ukrayna Silahlı Qüvvələrinin qısa müddətdə Kursk vilayətində tamamilə məğlub edilməsi vəzifəsini qoyub.
Qanunla.Az xəbər verir ki, bu barədə Putin Kurskda keçirdiyi hərbi müşavirədə bildirib.
“Həqiqətən də yaxın gələcəkdə bizim vəzifəmiz Kursk vilayətinin ərazisinə soxulmuş və burada hərbi əməliyyatlar aparan düşməni ən qısa müddətdə tam darmadağın etməkdir”, – Putin deyib.
Qeyd edək ki, bu gün Putin Kursk vilayətinə səfər edib.