Putin təcrübəli dövlət xadimidir, Qazaxıstanın xüsusiyyətlərini və böyük əhəmiyyətini yaxşı başa düşür.
Qanunla.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.
“Prezident Putin təcrübəli dövlət xadimidir, Qazaxıstanın xüsusiyyətlərini və Mərkəzi Asiya regionunun ən böyük iqtisadiyyatı kimi ölkəmizin böyük əhəmiyyətini yaxşı başa düşür. Ona görə də Rusiya Qazaxıstanla ticarət-iqtisadi və investisiya əməkdaşlığının inkişafı üçün ən fəal işi aparır”, – Tokayev bildirib.